Təmizlik örnəyi
Tarix: 28.01.2015 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Son illər Binəqədi Rayon İcra Hakimiyyəti bir sıra layihələri ilə flaqmandır. Buna Binəqədi rayonunda yaradılan Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC), “Sakinlərin Müraciət Xidməti– 1646”, Elektron İnformasiya Köşkü və s. misal göstərmək olar. Bütün bunların özəlliyi müasir standartlara uyğun şəkildə cəmiyyətə fayda verməsindədir. Həmçinin bu işlər cari dövr üçün hesablanmayıb və gündən-günə inkişaf edərək davamlı xarakter alıb. Elə ötən ilin iyulundan həyata keçirilən “Təmiz Binəqədi” layihəsi də bu silsilədən olan işlərdəndir. Layihənin məqsədi Bakı-2015 Avropa Oyunları ərəfəsində binəqədililərin təmizlik və abadlıq işlərində fəallığını artırmaqdır. Layihə çərçivəsində görülən saysız aksiya və tədbirlər onu deməyə əsas verir ki, hədəflər həm də gələcəyə hesablanıb. Ümumiyyətlə, bu layihənin amalı daimi təmizlikdir. Daha doğrusu, insanlarda təmizlik şüurunu inkişaf etdirməkdir. Və bu, nəzəri konsepsiyaya əsaslanan praktiki atılan addımlarla həyata keçirilir.
Düşüncələri dəyişən layihə
Ümumiyyətlə, son zamanlar bu layihə sayəsində “təmiz” sözü istər mediada, istərsə də ictimaiyyət arasında daha çox hallanır. Bu, şüura təsir etmək baxımından effektli addımdır. Çünki təmizlik şüar şəklində plakatlarda deyil, öncə düşüncələrdə formalaşmalıdır və daha sonra əməli işlər görülməlidir. Belə olduqda təmizlik məsələsi ictimailəşər. Ona görə KİV-də nə qədər “təmiz” sözü işlənsə də bəs etmir. Çünki etiraf olunmalıdır ki, əhali arasında hələ də təmizlik mədəniyyəti ictimai olaraq tam formalaşmayıb. Fərdi olaraq hər kəs öz evinin təmizliyini qorusa da, həyətyanı sahələrdə, ictimai yerlərdə təmizliyə yüzdə yüz riayət olunmur. “Təmiz Binəqədi” layihəsinə start veriləndə iştirakçısı olduğum aksiyalarda könüllülər həyətlərdə, binaların girişlərində, yol kənarlarında təmizlik apararkən və ya maarifləndirici bukletlər paylayarkən bu, insanlara qəribə görünürdü. Halbuki, belə fəaliyyətlər insanlara bir təmizlik dərsi, örnək idi. Artıq 3-4 ay sonra biz şahidi olduq ki, hər bir Binəqədi sakini bu ictimai faydalı işə öz töhfəsini verməyə çalışır. Bu o deməkdir ki, “Təmiz Binəqədi” sadə insanları “yalnız evdə təmizilik” düşüncəsindən çıxara bilib. Binəqədililərin bu layihədə fəallıq göstərməsi onlarda həm də birlik əhvali-ruhiyyəsi yaradıb. Görünür, buna görədir ki, “Təmiz Binəqədi” bu gün bir növ təmizlik brendinə çevrilib.
Təmizliyə çağırış mesajı
Bəzən uşaqlar da insanlarda təmizlik mədəniyyəti düşüncəsi formalaşdırmaq üçün bu layihədə iştirak edirlər. Belə ki, uşaqların ictimai nəqliyyatda, parklarda səssiz şəkildə təmizlik aparması böyükləri təmizliyə çağırış mesajıdır. Bu, eyni zamanda rayonun yeni nəslinin təmiz Binəqədi düşüncəsi ilə böyüməsinə xidmət edir. Belə düşüncə ilə böyüyən binəqədililərin hər zaman ictimai qınağına tuş gəlmək olar... Burada məsələnin başqa tərəfi də var ki, Binəqədi RİH rayon sakinləri qarşısında bu layihə ilə həm də öhdəlik qoymuş oldu. Bundan sonra təmizliyə riayət etməyən istənilən rayon sakini hər halda ictimai qınaqdan ehtiyatlanacaq. “Təmiz Binəqədi” cəmiyyətdə həm də bu qınağı yaratmaq missiyasını oynayır. Bir çox məsələlər kimi təmizlik məsələsində də vətəndaş təəssübkeşliyi vacib amildir. Yeri gəlmişkən, bir misal çəkim. Ötən il bir qrup həmkarımızla xarici ölkələrdən birində idik. Həmkarlarımızdan biri əlindəki zibili atmaq üçün zibil qabı axtarırdı. Onun əcnəbi olduğunu bilən orta yaşlı bir yerli xanım yaxınlaşaraq ingiliscə buna görə təşəkkür etdi. Belə hallara çox da rast gəlməyən həmkarımız az sonra bildi ki, bu xanım nəyə görə ona təşəkkür etdi. Əlbəttə ki, həmkarımız zibili yerə atsaydı həmin xanımın gəlib ona etiraz etməsi də gözlənilən idi. Amma Azərbaycanda kimsə başqasına bu nöqsana görə narazılığını bildirərsə, əlbəttə ki, çox kobud cavab almış olar. Ümumiyyətlə, bizdə hər hansı tullantını aparıb zibil qutusuna atmaq düşüncəsi çox zəif formalaşıb. Hələ buna görə cərimələrin məbləği artırılsa da, yenə kimsə öz “mədəni” vərdişindən əl çəkmir. Bunun üçün ilk növbədə əhalinin bu baxımdan düşüncə səviyyəsi artırılmalıdır. Ona görə bu və digər sosial-məişət problemləri var ki, onun həlli üçün ictimai qınaq olmalıdır. Hər kəs öz daxilində “təmizlik proqramı”nı qəbul etməlidir. Ayrıca, ətrafındakıları da imkan daxilində maarifləndirməlidir. Bu baxımdan yanaşanda “Təmiz Binəqədi” tipli layihələrə nə qədər çox ehtiyacın olduğu görünür... Əslində, “Təmiz Binəqədi” layihəlikdən çıxıb intensiv xarakter almalıdır. Bu fəaliyyətlər ümumxalq işinə çevrilənə qədər təbliğ olunmalıdır ki, nəticədə nəinki Binəqədi, bütün Azərbaycanımız təmiz olsun.

Fuad Hüseynzadə
“Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı-2015 Avropa Oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün”







 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info