İşğalda qalan abidələr barədə məlumatlar dünya ictimaiyyətinə çatdırılacaq
Tarix: 28.01.2015 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihənin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının müdiri Mayıl Əhmədov deyib ki, elektron layihə Azərbaycan və ingilis dillərində hazırlanıb.
Layihədə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi istisna olmaqla, Dağlıq Qarabağ münaqişəsi zamanı işğal altında qalan ərazilərimizdəki 800-ə yaxın abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkilləri, eləcə də həmin abidələrin qısa xarakteristikası hazırlanıb. M.Əhmədov bildirib ki, bu abidələr ölkə və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq və arxeoloji abidələr, tarixi-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilib: “Elektron layihənin “Abidələrimiz” fəslində Xocalı,Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Qazax rayonlarında, Qərbi Azərbaycan ərazisində ermənilərin mili-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandallıqlardan bəhs edir. “Fotoittiham” fəslində erməni vandalizminin əyani görüntülərini özündə əks etdirən 160-dan artıq şəkil yerləşdirilib”.
M.Əhmədov nəzərə çatdırıb ki, Azərbaycan mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilib. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilib.
Layihənin təqdimatı zamanı ermənilərin Ağdam Cümə məscidində donuz saxlamasını əks etdirən fotoşəkillər də təqdim edilib: “Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox ziyan dəyib”.

M.Əhmədov deyib ki, tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar dağıdılıb: “XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid - Göy Məscid qismən salamat qalıb ki, onu da xarici qonaqlara fars məscidi kimi təqdim edirlər. Bu layihədə toplanmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyani şəkildə göstərilir. Layihədə məqsəd internet resurslardan da istifadə etməklə, bu barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır”.
Tədbir çıxışlarla davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info