Avropa İttifaqı Parisdən 1,07 milyard avronu qaytarmağı tələb edir
Tarix: 28.01.2015 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Avropa Komissiyası əvvəlcə Fransa hakimiyyətindən 3,5 milyard avronu qaytarmağı tələb etsə də, sonradan daha az - 1,07 milyard avro ilə razılaşıb. Bu məbləğ Parisin 2008-ci ildən 2012-ci ilə qədər Brüsseldən aldığı vəsaitin 2 faizidir.
Vestifinance.ru saytı xəbər verir ki, Avropa İttifaqının (Aİ) tələbinə görə, bu vəsait 2017-ci ilin sonunadək 3 mərhələdə qaytarılmalıdır. Eyni tələb Aİ-nin 15 ölkəsinə ünvanlansa da, onların arasında ən çox paya Fransa sahibdir. Bununla yanaşı, Fransa subsidiya təqdim olunan fermerlərin ərizələrini lazımi dərəcədə yoxlamadığına görə cəriməyə də məruz qalıb.
Bir qədər əvvəl alma və armud istehsalçılarına dəstək məqsədi ilə Brüsselin bu sahəyə maliyyə yardımı üçün nəzərdə tutulmuş 125 milyon avrodan 82 milyon avro ayırdığı məlum olub. Noyabr ayında isə Böyük Britaniyada armudun qiyməti 2013-cü ilin analoji dövrü ilə müqayisədə təxminən 30 faiz ucuzlaşıb.
Aİ ölkələrinin fermerləri Rusiyanın Avropa İttifaqından idxal olunan meyvə və tərəvəzə tətbiq etdiyi embarqo səbəbindən problemlərlə üzləşən kənd təsərrüfatı istehsalçılarının zərərinin kompensasiyası üçün 125 milyon avrodan yalnız 37 milyon avro tələb ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info