Tbilisidə NATO-nin təlim-tədris mərkəzi açılacaq
Tarix: 28.01.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadze bu ölkədə akkreditə olunmuş hərbi attaşelər və NATO-nun Tbilisidəki ofisinin nümayəndəsi ilə görüşüb.
Azərbaycan nümayəndəsinin də iştirak etdiyi görüşdə Gürcüstan Silahlı Qüvvələrində 2014-cü ildə həyata keçirilmiş islahatlar və yeniliklər barədə məlumat verilib. Bildirilib ki, Gürcüstan Silahlı Qüvvələrinin əməkdaşları dünyada gedən antiterror əməliyyatlarında fəal iştirak edirlər. Ölkəsinin NATO ilə əməkdaşlığından bəhs edən general-mayor deyib ki, yaxın vaxtlarda Tbilisidə NATO-nin təlim-tədris mərkəzi açılacaq.
Baş Qərargah rəisi Gürcüstanın qarşılaşdığı problemlərdən, xüsusən də ərazi bütövlüyünün pozulması faktından, eləcə də regionda və dünyada baş verən hadisələrdən danışıb.
V.Kapanadze, həmçinin Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə qarşı olan ciddi təhdidlərə diqqəti cəlb edib, Gürcüstanın bölgədə sülhün tərəfdarı olduğunu bildirib.
Görüşdə Ukraynada baş verən hadisələr, İŞİD-in təhdidləri, bir çox ölkələrdən, o cümlədən Gürcüstan da daxil olmaqla digər Cənubi Qafqaz ölkələrindən gənclərin aldadılaraq Suriyaya aparılmalarından narahatlıq ifadə olunub.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə bütün dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş hallara, terrora və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin önəmi vurğulanıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info