Prezidentin gənclərə dair sərəncamının icrası ilə bağlı Dövlət Proqamları qəbul ediləcək
Tarix: 28.01.2015 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamın icrası ilə bağlı bir sıra Dövlət Proqramları hazıranaraq icra olunacaq. Trend xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında izmaladığı sərəncam 29 dekabr 2012-ci il tarixli fərmanla təsdiq olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" Konsepsiyasına əsaslanır: "Bu, çoxsaylı müzakirələrdən sonra ortaya çıxan və uzunmüddətli sənəddir. İlk dəfədir ki, gənclər sahəsində 10 illik sənəd qəbul olunur. Sənəd istiqamətverici xarakter daşıyır və onun əsasında digər normativ sənədlərin hazırlanması nəzərdə tutulur".
İ.Babayev qeyd edib ki, hazırda icrada olan Dövlət Proqramı artıq başa çatmaq üzrədir. Bundan sonra 2016-2020-ci illəri əhatə edəcək Dövlət Proqramının işlənməsi nəzərdə tutulur: "Proqramda İnkişaf Strategiyasında nəzərdə tutulmuş bəndlərin yer alacağı gözlənilir. Bununla bağlı gənclər təşkilatlarına öz təkliflərini vermələri tövsiyə olunub. Biz çalışırıq ki, gənclərlə bağlı hər hansı sənəd qəbul etməzdən əvvəl onların da fikirləri öz əksini tapsın. Ümumiyyətlə,
İnkişaf Strategiyasından irəli gələn məsələlərin həlli üçün qoyulmuş hədəflər üzrə konkret Dövlət Proqramları icra olunacaq. Bu məsələ təkcə Gənclər və İdman Nazirliyinin üzərinə qoyulmur, eyni zamanda, digər dövlət qurumları və gənclər təşkilatları da bu işdə iştirak edəcəklər".
Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info