İnternat evlərində yaşayan 77 nəfər ailəsinə qaytarılıb
Tarix: 28.01.2015 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin Trend-ə müsahibəsi
- Hazırda nazirliyin tabeliyində nə qədər sosial xidmət müəssisəsi var və onlarda nə qədər insan yaşayır?
- Azərbaycan dövlətinin sosial statusunu səciyyələndirən cəhətlərdən biri də xüsusi qayğıya ehtiyac duyan ruhi-əsəb əlillərinin və sosial durumuna, həyat şəraitinə görə çətin vəziyyətdə olan şəxslərin tam dövlət himayəsinə götürülməsidir. Belə insanların tam dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində son illərdə müasir tələblərə uyğun şərait yaradılmaqdadır.
Hazırda ƏƏSMN-nin tabeliyində 8 sosial xidmət müəssisəsi fəaliyyət göstərir və həmin müəssisələrdə ümumilikdə 1043 nəfər tam dövlət təminatında yaşayır. Onlardan 491 nəfəri qadın, 552 nəfəri kişidir. Sosial xidmət müəssisələrində yaşayanların 300 nəfərdən çoxu sağlamlıq imkanları məhdud olan, yəni fiziki və əqli qüsurlu 18 yaşadək uşaqlardır ki, onlar müvafiq olaraq nazirliyin Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində yaşayırlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına göstərdiyi diqqət və qayğı sosial xidmət müəssisələrində yaşayan şəxsləri də əhatə edir və bu müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.
- Həmin müəssisələrdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün son dövrlər nə kimi işlər görülüb?
- Bu sahədə kifayət qədər mühüm işlər aparılıb və bu işlər hazırda da davam etdirilir. Belə ki, son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisələrdə uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb. Əminliklə qeyd etmək olar ki, bu iki internat evi nümunəviliyi ilə seçilir və həmin müəssisələrlə, onlardakı şəraitlə yaxından tanış olan hər kəs, eləcə də xaricdən gələn qonaqlar da bunu təsdiqləyirlər. Bu internat evlərində uşaqların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq kurslar təşkil olunur, onlar müxtəlif növ idman yarışlarına, bir sıra hallarda beynəlxalq səviyyəli yarışlara cəlb edilir. Hətta ötən il Saray 7 saylı internat evinin sakini Həbib Tağıyev Xüsusi Olimpiya Komitəsinin dəstəyi ilə Belçikanın Antverp şəhərində keçirilən stolüstü tenis yarışında 1 qızıl və 1 gümüş medal qazanıb.
Bundan başqa, 250 nəfərdən çox insanın yaşadığı Buzovna 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri və qocalar üçün internat evində də əsaslı təmir işləri aparılıb və burada sakinlərin yaşayışı, lazımi xidmətlərlə təmin olunması üçün normal şərait mövcuddur. Lakin təəssüflə qeyd edim ki, bu günlərdə bəzi mətbuat orqanlarında həmin internat evi ilə bağlı əsassız və həqiqətdən uzaq, dezinformasiya xarakterli yazılar verildi. Bu yazılarda həmin internat evindəki şərait, göstərilən xidmətlər barədə heç bir fakta əsaslanmayan mənfi fikirlər təqdim olundu. Buzovna 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri və qocalar üçün internat evində bu gün müasir tələblər səviyyəsində yaşayış şəraiti mövcuddur və bu yazlar heç bir fakta əsaslanmır. Son bir ildə burada və digər sosial xidmət müəssisələrində yaşayan şəxslərin gündəlik qida, geyim, tibbi və s. xidmətlərlə təminatı ilə bağlı mühüm tədbirlər həyata keçirilib və nazirlik tərəfindən bu məsələlərə ciddi nəzarət olunur.
Eyni zamanda, ötən ilin iyun ayında Müharibə və əmək əlilləri üçün pansionatın (Qocalar evi) yeni binasının təmir işləri, eləcə də ərazisinin abadlaşdırılması işləri yekunlaşıb, bütün kommunal və işıqlandırma sistemi yenilənib. Hazırda pansionatın köhnə korpusunda təmir və yenidənqurma işləri aparılır. Pansionatın girişində isə sakinlərin pensiyalarını rahatlıqla almaları üçün bankomat quraşdırılıb. Həmçinin Gəncə şəhər Pensiyaçıların ərazi sosial xidmət mərkəzində əsaslı təmir işlərinə başlanıb. Göygöl 8 saylı ruhi-əsəb təmayüllü internat evində də normal yaşayış şəraitinin yaradılması işləri aparılıb. Ötən il müəssisənin qazanxana və istilik sistemləri bərpa olunub, mətbəx avadanlıqları yenilənib, internat evinin ətrafında park salınıb, sakinlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif kurslar yaradılıb. İndi də burada bir sıra təmir işləri davam etdirilir.
- Əvvəllər sosial xidmət müəssisələrində onların profilinə uyğun olmayan kateqoriyalardan olan şəxslərin də yerləşdirilməsi halları mövcud idi. Bu hallara artıq son qoyulubmu?
-Bəli, əvvəlki dövrlərdə sosial xidmət müəssisələrinə onların profilinə uyğun olmayan kateqoriyalardan olan şəxslər də yerləşdirilmişdi. Belə halların aradan qaldırılması üçün konkret tədbirlər görüldü və bu kimi hallar son bir ildə tam aradan qaldırıldı. Artıq həmin müəssisələrdə yalnız onların təyinat profilinə uyğun kateqoriyalardan olanlar yaşayır və bu məsələyə daim ciddi nəzarət olunur.
- İnternat evlərində yaşayan şəxslərin ailələrinə qovuşması üçün də işlər aparılırmı? Bu sahədə nəticələr varmı?
-Əlbəttə, bu gün bütün sosial xidmət müəssisələrində yaşayış və xidmət şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi işlər görülür. Lakin bununla yanaşı, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər aparılır.
Bu işlərin nəticəsi kimi son bir ildə ƏƏSMN-nin tabeliyindəki internat evlərindən ümumilikdə 77 nəfər şəxs ailələrinə qovuşub. Onlardan 29 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info