Azərbaycan Güləş Federasiyası qurumun loqosunu yeniləmək qərarına gəlib
Tarix: 28.01.2015 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Güləş Federasiyası (AGF) qurumun loqosunu yeniləmək qərarına gəlib.
Bu məqsədlə peşəkar dizaynerlər arasında loqo müsabiqəsi elan edilir.
AGF-dən bildiriblər ki, müsabiqənin şərtlərinə görə, loqo dizaynı özündə federasiyanın fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməli, ölkə güləşinin zəngin tarixi və müasir uğurlarını əks etdirməli, dizayn orijinal, rəngli və konseptual görünüşlü olmalıdır.
Təklif olunacaq eskiz və layihələr fevralın 1-dən 22-dək press@awf-az.org e-mail ünvanına və ya Zərifə Əliyeva küçəsi, 55, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə göndərilməlidir.
Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Təklif olunan layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.
Təqdim olunan təkliflərə xüsusi komissiya tərəfindən fevralın 28-dək baxılaraq müsabiqənin qalibi elan ediləcək. Müsabiqənin qalibi 1000 manat məbləğində pul mükafatı və federasiyanın xüsusi hədiyyəsi ilə təltif olunacaq.
Qalib gəlmiş loqo federasiyanın blanklarında, vizit kartlarında və digər çap məhsullarında istifadə ediləcək.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov loqo dəyişikliyi ilə bağlı müsabiqə elan edilməsinin zəruriliyini dövrün tələbi ilə əlaqələndirib. Qeyd edib ki, bu yaxınlarda Beynəlxalq Güləş Federasiyası da belə bir addım atdı, həm qurumun adı, həm də loqosu dəyişdirildi. Hər bir qurum mütəmadi olaraq re-brendinq edir. Bu, artıq müasir dövrün bir tələbinə çevrilib. Azərbaycan Güləş Federasiyası öz fəaliyyətində daim yenilikçi ideyaları tətbiq edir. Bu baxımdan, artıq uzun müddətdir ki, istifadə etdiyimiz loqotipin dəyişdirilməsi barədə qərar qəbul etmişik. Bütün dizaynerləri müsabiqədə iştirak etməyə dəvət edirəm.
Baş katib vurğulayıb ki, təqdim olunacaq layihələrə federasiyanın prezidenti Fazil Məmmədovun və birinci vitse-prezident, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin rəhbərliyi altında yaradılmış xüsusi komissiya tərəfindən baxılacaq. Azərbaycan güləşinin zəngin tarixi və müasirliyini özündə ehtiva edən, federasiyanın bugünkü fəaliyyətini, strategiya və missiyasını əks etdirən layihə seçiləcək və bundan sonra AGF-nin rəsmi loqotipi kimi istifadə olunacaq.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info