Şimal bölgəsinin işəgötürənləri üçün “Açıq qapı“ günü keçirilib
Tarix: 28.01.2015 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının işəgötürənləri üçün “Açıq qapı” günü keçirib. Tədbir iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinin təşkili, bu sahə ilə bağlı qanunvericilik barədə işəgötürənlərin məlumatlandırılması, müvafiq normativ-hüquqi aktlar barədə onlara dolğun izahatların verilməsi məqsədinə xidmət edib. Tədbirdə qeyd olunub ki, əməyin mühafizəsi dövlətimizin sosial siyasətinin əsas məqsədlərindən biridir və hər bir işçi sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüququna malikdir. İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi, eləcə də iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılması ölkənin əmək qanunvericiliyinin əsas tələblərindəndir. Təəssüf doğuran haldır ki, işəgötürənlər tərəfindən bu tələblərin yerinə yetirilməsinə bəzən qeyri-ciddi münasibət göstərilir. Bu isə nəticə etibarilə istehsalatda bədbəxt hadisələrin baş verməsinə, işçi insanların həyatlarını itirmələrinə, xəsarət almaları və ya peşə xəstəliyinə tutulmalarına səbəb olur. Digər tərəfdən, baş verən istehsalatla əlaqəli bədbəxt hadisələr iqtisadiyyata da ciddi ziyanlar vurur.
Tədbir zamanı əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə standartlar, norma və qaydalar barədə işəgötürənlərə məlumatlar verilib, onların müvafiq mövzu ilə bağlı sualları cavablandırılıb. Habelə əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə işəgötürənlər üçün qanunvericiliklə nəzərdə tutulan cəza tədbirləri də diqqətə çatdırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO
15.07.2019
“Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info