KİVDF-nin beynəlxalq əlaqələri genişlənib
Tarix: 28.01.2015 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq bildirib ki, gündəlikdəki məsələlərə Fondun 2014-cü ilin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi, 2015-ci il üçün Tədbirlər Planının təsdiqi, 2015-ci il üçün ekspertlərinin tərkibinin təsdiqi daxildir. Fondun icraçı direktoru Vüqar Səfərli birinci məsələ ilə bağlı geniş məruzə edərək 2014-cü ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Vüqar Səfərli dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə edilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ötən il Fond tərəfindən keçirilmiş fərdi jurnalist müsabiqələri barədə ətraflı məlumat verib. İcraçı direktor, həmçinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində sənədləri tələblərə cavab verən 34 gündəlik, günaşırı və həftəlik qəzetə maliyyə yardımının ayrıldığını bildirib. Fondun icraçı direktoru 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin maarifləndirilməsi məqsədilə regionlarda konfransların keçirildiyini diqqətə çatdırıb. Vüqar Səfərli ötən il Fondun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə jurnalistlərin xarici ölkələrə səfərlərinin təşkil olunduğunu vurğulayıb. Fondun redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyi göstərdiyini deyən Fondun icraçı direktoru ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də ətraflı məlumat verib. Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının üzvlərindən Vüqar Əliyev, Vüqar Rəhimzadə, Rəşad Məcid, Əflatun Amaşov, Bəxtiyar Sadıqov və İntiqam Hümbətov çıxış edərək Fondun 2014-cü ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib. İclasda ikinci məsələ kimi Fondun 2015-ci üçün Tədbirlər Planı müzakirə olunub. 2015-ci ilin respublikamız üçün bir sıra əlamətdar hadisələrlə zəngin olacağını bildirən Fondun icraçı direktoru Vüqar Səfərli hazırlanmış Tədbirlər Planında bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək təsdiq edilib. Müşahidə Şurasında Fondun 2015-ci il üçün ekspertlərin siyahısı da müzakirə olunaraq təsdiq edilib.


Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info