QKDK sədrindən yeni təklif
Tarix: 28.01.2015 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərin artırılması üçün tələbələrin “Kapital bazarının səfirləri” kimi fəaliyyət göstərməsini təklif edib.
Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) verilən məlumata görə, bu gün QKDK ilə universitet arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb. Sənədi ADİU-nun rektoru Ədalət Muradov və QKDK-nın sədri Rüfət Aslanlı imzalayıblar.
Tərəflər arasında bağlanmış müqavilənin prioritet məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq etməkdir. Anlaşma çərçivəsində müştərək layihələrin planlaşdırılması və icrası, kapital bazarları üzrə birgə elmi tədqiqatların aparılması, qarşılıqlı kadr mübadiləsi, istehsalat təcrübəsi, elmi-praktik konfrans və seminarların təşkili də mümkün olacaq.
Ə.Muradov bildirib ki, maliyyə sisteminin mühüm sahəsi olan qiymətli kağızlar bazarı hökümətin hər zaman diqqət mərkəzində olub və bu sahədə mütərəqqi tədbirlər həyata keçirilib. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı qəbul edilib. O, Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətini, ali təhsil ocaqları ilə sıx əməkdaşlığını yüksək qiymətləndirib.
R.Aslanlı çıxışı zamanı bildirib ki, təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi tələbələrin maliyyə biliklərinin artırılmasına, zəngin iqtisadi savada malik kadr kimi formalaşmasına töhfə verəcək. Komitənin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi tələbələrin əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsində müxtəlif növ təlim proqramları təşkil edəcək. Sədr təklif edib ki, ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərinin təbliğatının artırılması üçün tələbələr “Kapital bazarının səfirləri” kimi fəaliyyət göstərsinlər.
Razılaşma çərçivəsində tələbələrin praktik biliklərə sahib olması üçün ali təhsil müəssisəsində birja laboratoriyası da yaradılacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info