Gürcüstanla nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Tarix: 28.01.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Gürcüstanda səfərdə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov yanvarın 28-də Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.
Gürcüstan Baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında nəqliyyat və daşınmalar sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı məsələlər müzakirə olunub.
Söhbət zamanı Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək bu layihə Avropa ilə Asiya arasında sərnişin daşınması ilə yanaşı ticarət əlaqələrinin inkişafına da böyük təkan verəcək.
Z.Məmmədov bu gün Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili ilə birlikdə dəmir yolu xəttində tikintinin vəziyyəti ilə tanış olacaq, sınaq qatarını xəttə buraxacaqlar.
Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan ərazisindəki hissəsinin inşası başa çatdırılıb. Yolun yardımçı hissələr də daxil olmaqla Gürcüstan ərazisindəki ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bunun yalnız 185 kilometri birbaşa istifadə üçündür və baş yol hesab olunur.
Hazırda yolun Türkiyə ərazisindəki hissəsində işlər plan üzrə davam edir. Burada yolun uzunluğu 74 kilometrdir.
BTQ-nin 2015-ci ilin sonunda tam istifadəyə verilməsi nəzərdə tutulub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info