Ər-Riyadda “Obama qalmaqalı”
Tarix: 28.01.2015 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Ər-Riyada səfəri zamanı Mişel Obamanın davranışı və geyimi ABŞ mətbuatında və Səudiyyə Ərəbistanında sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Onların fikrincə, ABŞ-ın birinci xanımı bir sıra İslam etiketi qaydalarının pozub. Bu barədə “RİA Novosti” xəbər yayıb. ABŞ-ın “Politico” nəşri yazır ki, “Twitter” istifadəçiləri ABŞ Prezidentinin xanımının Səudiyyə Ərəbistanının Kralı ilə görüşü zamanı baş örtüyündən istifadə etməməsinə mənfi reaksiya veriblər. M.Obamanın kifayət qədər ciddi tərzdə geyinməsinə baxmayaraq, Krallığın sakinləri “Twitter”də ərəb dilindən tərcümədə "Mişel Obama nəzakətsizdir", "Mişel Obama başıaçıqdır" kimi bəzi ifadələr işlədiblər. Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanında qadınların ictimai yerlərdə qara rəngdə paltar və baş örtüyü geyinmələri barədə sərt qayda mövcuddur. Bundan əlavə, bəzi istifadəçilər ABŞ Prezidentinin xanımının İndoneziyada məscidi ziyarət etdiyi zaman başını örtdüyünü, amma hansı səbəbdən ər-Riyadda belə etmədiyinə təəccübləndiklərini yazırlar.
Sosial şəbəkələrdə yayılan Barak Obamanın Kral Salmanla görüşünün videoyazısında M.Obamanın başıaçıq olduğu yayğın şəkildə verilir. Buna diqqət yetirən jurnalistlər ehtimal edirlər ki, “Saudi TV” bilərəkdən M.Obamanı aydın göstərməyib. Lakin Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi bunu inkar edib. “ABC News” hesab edir ki, görünür, yayğın versiya “Al Saudiya” televiziya şirkətinin YouTube-da yerləşdirilən və sosial şəbəkələrdə sürətlə yayılan lent yazısının modifikasiyası olub.
B.Obama ilə xanımının Səudiyyə Ərəbistanına səfərini işıqlandıran reportyorlar diqqəti digər etiket qaydasının pozuntusuna yönəldiblər. CNN xəbər verir ki, görüş zamanı birinci xanım və kral bir-birinin əlini sıxıblar. Telekanal İslamın kişilərin yad qadının əlini sıxmasını ciddi şəkildə qadağan etdiyini önə çəkib.
CNN xatırladır ki, M.Obama 2009-cu ildə Böyük Britaniyaya səfəri zamanı Kraliça II Elizabeti qucaqladığına görə də qalmaqalla üzləşmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info