“As Safir”: “Rusiya İranla hərbi-texniki əməkdaşlığı gücləndirir”
Tarix: 28.01.2015 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


“Hazırkı geopolitik situasiya belədir ki, Rusiya və İran yenidən yaxınlaşma üçün bütün cəhdləri işə salıblar”

Ərəb media qurumu "As Safir" Rusiya-İran hərbi əməkdaşlığı barəsində maraqlı yazı yazıb. Yazıda qeyd edilir ki, ötən bazar ertəsi rusiyalı nazir Sergey Şoyqunun Tehrana səfər etməsi iki ölkənin hərbi və siyasi münasibətləri baxımından böyük önəm kəsb edir: “Bu, son on beş ildə Rusiya müdafiə nazirinin Tehrana ilk səfəridir. Bu səfərdə tərəflər hərbi-texniki sahədə əməkdaşlıq anlaşması imzalayıblar. Anlaşmanın bir punktuna görə, İran və Rusiya Yaxın Şərq regionu ölkələrinə xarici müdaxiləyə qarşı birgə mübarizə aparacaqlar. Bu o deməkdir ki, iki ölkə Qərb və ABŞ-ın sanksiya, hədə və hərbi təzyiqlərinə qarşı birgə mübarizə aparacaqlar. Sergey Şoyqu deyib ki, ikitərəfli əməkdaşlıq ölkələrin döyüş qabiliyyətini yüksəldəcək və hər iki ölkənin orduları üçün böyük praktik önəm kəsb edəcək. İran mənbələri məlumat verib ki, Rusiya müdafiə naziri öz iranlı həmkarlarına öncədən informasiya verib ki, Rusiya İrana “ЗРК С-300”-ün verilməsindən imtina etməsi ilə bağlı qərarına yenidən baxmağa hazırdır. Belə görünür ki, Moskva bu gün bu barədə problemi həll etməkdə maraqlı görünür”.
Yazıda daha sonra hər iki ölkə arasında müasir əməkdaşlığın tarixindən bəhs edilir: “İki ölkənin hərbi sahədə münasibətləri müxtəlif vaxtlarda yüksəliş və tənəzzül yaşayıb. 1989-cu ildən 1991-ci ilə qədər İran və SSRİ arasında hərbi-texniki əməkdaşlıq pikə çatıb. O dövrdə beş milyard dollardan artıq böyük kontraktlar imzalanıb. 1989-cu ildə bağlanmış hərbi əməkdaşlıq anlaşmasına görə, İrana sovet təyyarələri, helikopterləri, “C-200” zenit-raket sistemləri, dizellə işləyən sualtı qayıq və tankların göndərilməsi nəzərdə tutulub. Amma Rusiyada ötən əsrin 90-cı illərində baş verən dəyişikliklərə görə, Moskva ABŞ və İsrailin təzyiqi altında İrandan uzaqlaşıb. Bunda 1995-ci ildə Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın bitməsini sənədləşdirən “Qor-Çernomordin” müqaviləsi də az rol oynamayıb. Rusiyalı ekspertlərə görə,o vaxt bu müqavilənin bağlanması nəticəsində Rusiya 4milyard dollar itirib. NATO Yuqoslaviyaya müdaxilə edəndən sonra Rusiya da son adıçəkilən müqavilədən uzaqlaşıb və İranla hərbi-texniki əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”.
Bildirilir ki, 2000-2007-ci illərdə İran Rusiya silahının idxalına görə üçüncü ölkə olub: “Hazırkı geopolitik situasiya belədir ki, Rusiya və İran yenidən yaxınlaşma üçün bütün cəhdləri işə salıblar. Hər iki ölkə amerikan dünya ağalığına qarşı çıxır. Onların qarşısında dini radikalizmə qarşı birgə mübarizə də durur. Bundan başqa, İran və Rusiyaya neftin qiymətinin düşməsi sərf etmir. İki ölkəni Rusiyanın Ukraynada, İranın isə Yaxın Şərqdəki siyasəti də yaxınlaşdırır. Hər iki ölkəyə Qərb ölkələri sanksiya tətbiq ediblər. Buna görə də iki ölkə bu gün barrikadanın eyni tərəfində yer alıblar. Çoxlu rusiyalı ekspertlər Kremlə məsləhət görürlər ki, ABŞ-ın mümkün reaksiyasına məhəl qoyulmasın və İrana “ЗРК С-300”ün çatdırılması ilə bağlı müqaviləyə əməl edilsin. Bu həmişə Vaşinqton və NATO ölkələrinin təhdidi altına olan Rusiya maraqlarına da cavab verir. Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığın inkişafı rusların və iranlıların siyasi iradəsi baxımından da önəm daşıyır. Yazıda qeyd edilir ki, əgər Rusiya və İran həqiqətən də özlərinin ikitərəfli münasibətlərini “strateji” sayırlarsa, onların bu əməkdaşlığı uzun illər güclü qalacaq.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info