“Türkiyə axını” layihəsinin dəniz hissəsini “Qazprom” tikəcək
Tarix: 28.01.2015 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


“Türkiyə axını” layihəsinin dəniz hissəsini “Qazprom” özü tikəcək. Bu barədə “Qazprom”un idarə heyətinin sədri Aleksey Millerin və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldızın işgüzar görüşünün nəticələrinə dair şirkətin yaydığı məlumatda deyilir.
Türkiyə tərəfindən səlahiyyətli kompaniya Botas şirkəti təyin olunub. Məlumatda layihənin dəniz hissəsinin “Qazprom” tərəfindən müstəqil şəkildə, Türkiyə ərazisində qaz daşıyıcı güclərin isə birgə tikiləcəyi qeyd edilir. İştirak payları isə davam edəcək danışıqlar zamanı müəyyən olunacaq.
Tərəflərin görüşdə, həmçinin yeni qaz kəmərinin texniki-iqtisadi hesablamalarının ilkin nəticələrini müzakirə etdikləri və kəmərin marşrutu haqda qərar qəbul olunduğu bildirilir.
Rusiya və Türkiyə arasında “Türkiyə axını” qaz kəmərinin tikintisinə dair hökumətlərarası razılaşmanın 2015-ci ilin ikinci rübündə imzalanacağı gözlənilir. Türkiyəyə ilk qaz axınının isə 2016-ci ilin dekabr ayında veriləcəyi planlaşdırılır.
Türkiyə bazarı üçün nəzərdə tutulan ilk kəmərin gücü 15,75 milyard kubmetr olacaq. Ümumilikdə isə qaz kəməri vasitəsi ilə 63 milyard kubmetr mavi yanacaq ötürüləcək ki, bunun da təxminən 60 milyard kubmetri Türkiyə-Yunanıstan sərhədindəki qazpaylayıcı sistemə yönəldiləcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info