Azərbaycan Universitetinə yeni rektor təyin olunub
Tarix: 28.01.2015 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Universitetinə təyin olunan və kollektivə təqdim olunan yeni rektor Fərid Əhmədov vəzifəsinin icrasına başlayıb. Fərid Əhmədovun 35 yaşi var və o, dünyanın ən mötəbər universitetlərindən sayilan Oxford Universitetində hüquq üzrə doktorluq dissertasiyası müdafiə edən yeganə azərbaycanlıdır. Fərid Əhmədov eyni zamanda 2009-2011-ci illərdə Oxford Universitetində müxtəlif ölkələrdən olan diplomatlara və dövlət qulluqçularına beynəlxalq hüquq fənni üzrə mühazirə oxuyub.
2002-ci ildə həm Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini, həm də 2003-cü ildə Böyük Britaniyanın “British Chevening təqaüdü” ilə təhsil aldığı Essex Universitetində magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə Azərbaycan respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2011-ci ildən Rektor təyin olunduğu tarixədək “ADA” Universitetində, ondan öncə isə Milli Məclisdə və Konstitusiya Məhkəməsində çalışıb. Evlidir, üç övladı var.
Qeyd edək ki, keçmiş rektor Eldar Qəhrəmanov səhhətində yaranan problemlər səbəbiylə öz ərizəsi ilə vəzifəsindən istefa edib. O, bu vəzifəni 1 may 2012-ci il tarixindən icra edirdi. Eldar Qəhrəmanov hazırda İnzibati idarəetmə kafedrasının müdiridir.
Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub və Azərbaycanın ilk özəl Universitetidir. Universitetinin məzunları sırasında Milli Məclis sədrinin müavini Bahar Muradovanı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu, Təhsil Nazirinin müavini Ceyhun Bayramovu, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevi və digər tanınmış şəxsləri qeyd etmək olar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info