“Dünya Çempionatında oynamaq istəyirəm”
Tarix: 28.01.2015 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


“Azərbaycan millisində oynamağa razılıq vermişəm və sona qədər bu qərarımın arxasında duracağam”

"Qranada" klubu və Azərbaycan yığmasının yeni futbolçusu Eddi İsrafilov İspaniyanın "Marca" qəzetinə müsahibə verib. İspaniyadakı həyatı, hədəfləri, Azərbaycan millisini seçməsinin səbəbləri haqda danışan 22 yaşlı futbolçu digər sualları da cavablandırıb:
- Qranadada həyat necə keçir?
- Əla. Burada çox xoşbəxtəm. Qranada yaxşı və müasir şəhərdir. İmkan olanda oynayıram, amma daha çox oynamaq istərdim. Nəzərə almaq lazımdır ki, bu, mənim La Liqadakı ilk mövsümümdür. Buna görə də, səbirli olmalı və gözləməliyəm.
- Sabiq baş məşqçin Xoakin Kaparrosun komandadan göndərilməsi haqda nə deyə bilərsən?
- Onun gedişi gözlənilməz oldu. Kaparros mükəmməl insandır. Məhz onun rəhbərliyi altında La Liqada debüt etdim. Ümid edirəm ki, onun sonrakı fəaliyyəti daha uğurlu alınacaq.
- Dörd il ərzində bir çox stadionda, həmçinin “Nou Kamp”da oynamaq sizə qismət oldu. Bunu gözləyirdin?
- Arzum reallaşdı. Əvvəlcə televizorda gördüyüm stadionlarda indi oynayıram. Bundan gözəl nə ola bilər ki?
- Növbəti hədəfiniz nədir?
- İspaniya La Liqasında çempion olmaq və Dünya Çempionatında oynamaq istəyirəm.
- “Real”a qarşı oynamaq yaxşıdır, yoxsa “Barselona”ya?
- Bu komandalara qarşı oynamağı uşaqlıqda ancaq yuxumda görürdüm. “Real” və “Barselona”ya qarşı meydanda mübarizə aparmaq inkişaf deməkdir.
- Qarşıdan “Real”la oyun gəlir. Bu matçdan nə gözləyirsən?
- Bu oyuna çox ciddi hazırlaşırıq və hədəfimiz matçdan 3 xalla ayrılmaqdır.
- Sənin üçün hansı mövqedə oynamaq daha rahatdır?
- Hücum etməkdən çox müdafiə olunmağı xoşlayıram. Amma irəlidə də rahat oluram.
- Digər ölkələrdən təklif almısanmı? Karyeranı hansı ölkədə davam etdirmək istəyirsən?
- İngiltərədən yaxşı təklif almışdım. Premyer Liqa məni özünə cəlb edir. Lakin "Qranada" mənim La Liqada oynamağım üçün çox səy göstərdi. Gələcəkdə İspaniyadan kənarda da oynamaq istəyirəm.
- Niyə Azərbaycan millisini seçdin?
- Anam azərbaycanlıdır və orada məni yığmada görməyi çox istəyirdilər. Buna görə Azərbaycanı seçdim.
- Azərbaycan yığmasının heyətində debüt matçını hansı komandaya qarşı keçirmək istərdin?
- İspaniyaya. Çünki bu komandadan mənə təklif gəlmədi. Amma onlarla qarşılaşmağımız imkansız görünür. Azərbaycan millisində oynamağa razılıq vermişəm və sona qədər bu qərarımın arxasında duracağam.
- "Mursiya" ilə 2017-ci ilə qədər müqavilən var. Yenidən ora qayıdacaqsan?
- Mən "Qranada"da çox xoşbəxtəm və uzun illər burada oynamaq istəyirəm.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Azərbaycan təmsilçiləri Avropa Liqasına təyinat alıblar
21.07.2019
“EYOF Bakı 2019”: 3 güləşçimiz finala vəsiqə qazanıb
21.07.2019
Avropa Gənclər Yay Olimpiya Festivalında güləşçilərimiz ilk qarşılaşmaları uğurla başa vurublar
21.07.2019
XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü
20.07.2019
Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info