Gənclər üçün yeni imkanlar yaradılır
Tarix: 28.01.2015 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi bu günlərdə dövlət başçısı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edib. Strategiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi gənclər üçün daha da yeni imkanlara yol açacaq. Elə buna görədir ki, sənədin təsdiqi bu sektordakı ictimai fəal gənclər tərəfindən böyük sevinclə qarşılanıb.
Gənclərin Gələcəyə Addımı İctimai Birliyinin sədri Təranə Xudabaxşıyeva qəzetimizə bildirdi ki, ölkəmizdə gənclərə olan yüksək diqqət və qayğı onu sevindirir: “Prezidentin qəbul etdiyi “Azərbaycan gənclərinin İnkişaf Strategiyası” mənim üçün çox sevincli xəbər oldu. Bu plan yaxın on ildə gənclərin bir çox sahədə özünü inkişaf etdirib həmin sahədə mütəxəssis olmasına şərait yaradacaq. Təlimlər, forumlar, konfranslar gəncləri bir birinə yaxınlaşdıracaq və daha çox uğur qazanmaları üçün yeni ideyaların formalaşmasıma zəmin yaradacaq.
T.Xudabaxşıyevanın fikrincə, bu sahədə güclü idmançılar olsa da, amma ictimai və siyasi sahədə demək olar idmançılar yox səviyyəsindədir: “İnanıram ki, bu Strategiyada idmançılara da böyük diqqət ayrılaraq onların ictimai fəallığı artırılacaq. Bir sözlə, bu layihədən gözləntilərim çoxdur.”

“Gənclər sektorunda bununla yeni bir inkişaf tempi yaranacaq”
“Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədri Ülvi Kazım isə dedi ki, Strategiya gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəallığını daha da artıracaq: “Strategiyada göstərlidiyi kimi məqsəd 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan ölkənin mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Sevinirik ki, bir çox istəklərimiz bu Strategiyada yer alıb. Belə ki, biz çox zaman mediada çıxışlarımızda bildirirdik ki, televiziyalarda gənclərlə bağlı tərbiyəvi verilişlərin sayı artırılmalıdır. Strategiyada vurğulanır ki, televiziya kanallarında yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanmasına və yayımlanmasına diqqət artırılmalıdır. Eləcə də televiziya və radio kanallarında formal və qeyri-formal təhsil, məşğulluq, sosial məsələlərin həlli, sağlamlıq və digər mövzularda verilişlərin hazırlanmasına və yayımlanmasına nail olunacaq”.
Ü.Kazım Strategiyada gənclərin hədəf qruplarına bölünməsini də önəmli sayır: “Bugünə kimi gənclər sahəsi, əsasən, ümumi olaraq araşdırılırdı. Bundan sonra isə gənclər yaş, ixtisas, sosial vəziyyət və s. bölünərək təhlil ediləcək. Bundan başqa Strategiyaya uyğun olaraq gənclərin qeyri-hökumət təşkilatlarının sahələr üzrə peşəkarlığının artırılmasını və dövlət sifarişlərinin həyata keçirilməsində daha fəal iştirakı stimullaşdırılacaq. Ümumiyyətlə, Strategiya konkret desək, bu sahənin və bu sahədə çalışanların təkmilləşməsinə xidmət edir. Bu, həm də gəncləri inkişafa çağırışdır. İnanıram ki, gənclər sektorunda bununla yeni bir inkişaf tempi yaranacaq”.

“Strategiyadan daha çox gənclərin yararlanacağını düşünürəm”
“Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadənin fikrincə, son illərdə ölkəmizdə fəal gənclər təbəqəsi formalaşıb: “Artıq ötən illərin səmərəli təcrübəsindən dövlətimizin Gənclər strategiyasının gənclərimiz üçün nə qədər səmərəli olduğunun şahidi olmuşuq. Və sağlam düşüncəli, iddialı, savadlı gənc nəslin timsalında Azəraycanda "yeni dalğa"nın gəldiyini əminliklə söyləmək olar. Prezident İlham Əliyevə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” sərəncamına görə xüsusi təşəkkür edirəm. Bu Strategiyanı mənimsədikcə, onun daha çox şaxəli olduğunu və bundan daha çox gənclərin yararlanacağını düşünürəm. Burada gənclərin intellektual, fiziki və mənəvi inkişafı, ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında iştirakının təmin olunması ilə bərabər, məhz gənclər, gənc ailələr, gənc alimlər, tələbələr və s. sosial rifahının yaxşılaşdırılması sahəsində görüləcək işləri alqışlayıram”.
H.Cavadzadə ADDIM Gənclər Təşkilatı olaraq yaxın yarım ildə məhz bu Strategiyaya uyğun olaraq dövlət dəstəyi ilə 5 layihəni həyata keçirməyi nəzərdə tutduqlarını dedi. “Əminəm ki, dövlətimizin növbəti 10 illikdə görüləcək işləri Azərbaycanımızın inkişafında gənclərimizin timsalında öz töhfəsini verəcək”, - deyə o əlavə etdi.

“Məqsəd yeni nəsildə fəal vətəndaşlıq mövqeyi
formalaşdırmaqdır”

“Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadənin sözlərinə görə, Azərbaycanda gənclərlə iş dövlət siyasətinin prioriteti və mühüm tərkib hissəsidir: “Müasir dövrdə Azərbaycan gəncliyi cəmiyyət həyatının ictimai, siyasi, sosial, iqtisadi və digər sferalarında aktiv fəaliyyəti ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu zümrə əsas qüvvəyə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, intellektual potensiallarını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir. Bu gün dövlətin və cəmiyyətin inkişafında gənclərin yaxından iştirakının şahidi oluruq. Gənclərin inkişafı istiqamətində fəaliyyət göstərən ictimai birlik sədri kimi deyə bilərəm ki, gənclərimiz ictimai və siyasi baxımdan olduqca fəaldır. Hazırda gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, elm-təhsil müəssisələrində, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və milli dövlətçiliyimizin inkişafına öz töhfələrini verirlər. Gənclərimiz mühüm əhəmiyyət kəsb edən tribunalarda öz sözlərini sərbəst ifadə edə bilirlər. İstər yerli, istər regional, istərsə də beynəlxalq tədbirlərdə respublikamızı layiqincə təmsil və təbliğ edirlər. Ölkə rəhbərliyi səviyyəsində qəbul edilən dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli icrası düşünülmüş və məqsədyönlü daxili siyasətin tərkib hissəsi olmaqla ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Bu baxımdan “Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsində məqsəd yaxın on il ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır”.
S.Mehdizadənin fikrincə, bu Strategiyanın həyata keçirilməsi gənclərin cəmiyyətin inkişafında rolunun artmasına, ölkənin gələcək inkişafında iştirakının və ictimai fəallığının yüksəlməsinə, eyni zamanda bugünkü sosial-iqtisadi inkişaf fövqündə milli-mənəvi dəyərlərimizə söykənən milli düşüncə tərzinin formalaşmasına əvəzsiz töhfəsini verəcək: “Strategiyanın icrasının nəticəsi olaraq əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının hazırlanması məqsədilə gənclərin təhsil və peşə səviyyəsinin yüksəldilməsi, məşğulluq infrastrukturunun yaradılması və digər stimullaşdırıcı tədbirlər hesabına gənclərin işlə təmin olunması, onların innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, gənc sahibkarların sayının artması, gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsi gözlənilir ki, bu da gənclər qarşısında bir çox imkanların açılmasına, onların öz potensiallarını reallaşdırılmasına gətirib çıxaracaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info