“Azərbaycanla əməkdaşlığa böyük önəm veririk”
Tarix: 28.01.2015 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


İranla investisiya sahəsində memorandum imzalanıb

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebnia ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Ötən il Azərbaycan və İran prezidentlərinin qarşılıqlı rəsmi səfərləri, keçirilən görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verib. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. İndiyədək iki ölkə arasında 108 sənəd, o cümlədən iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyanın fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir.
Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 447 İran investisiyalı şirkət fəaliyyət göstərir. Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebnia ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb, İran nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini və qəbulun nümayəndə heyətində böyük təəssürat yaratdığını bildirib. Cənab Tayebnia qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb və əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Görüşdə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, sənaye, kənd təsərrüfatı, energetika, alternativ enerji, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Görüş çərçivəsində “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İranın İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatı (OİETAİ) arasında investisiya sahəsində əməkdaşlığa dair İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb. İşçi qrupu Azərbaycan və İranın biznes dairələri arasında investisiya əlaqələrinin genişləndirilməsinə dəstək göstərəcək.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info