“Rusiyada tənəzzül Avropa üçün böyük fəsadlar yarada bilər”
Tarix: 28.01.2015 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


“Artıq Avropada başa düşməyə başlayıblar ki, Rusiyada iqtisadiyyatın tənəzzülü Avropa üçün böyük fəsadlar yarada bilər. Bu baxımdan Şərqlə Qərb arasında yerləşən Rusiyanın bu strateji mövqeyi böyük əhəmiyyət qazanaraq təzyiqlərin öhdəsindən gəlməyə yardım edəcək”.
Bu fikirlər “Global Times of China” nəşrində yer alan məqalədəndir. Qəzet yazır ki, neftin qiyməti aşağı düşməsəydi, Brüssel və Vaşinqtonun tətbiq etdiyi sanksiyalar Rusiyaya ciddi təsir etməzdi. Buna baxmayaraq indiki şəraitdə belə, Rusiya iqtisadi qeyri-sabitliyin təsirini aradan qaldırmaq üçün böyük üstünlüyə malikdir. Bu barədə Çinin “Global Times of China” nəşri yazır. Qəzet yazır ki, neftin qiymətini aşağı düşməsini təhlil edən analitiklər ən çox OPEK ölkələri, Səudiyyə Ərəbistanı və Rusiyaya diqqət yetirirsələr də, dünyanın ən böyük neft istehlakçı və istehsalçısı olan ABŞ-ı qeyd etmirlər: “Ekspertlər neft qiymətinin aşağı düşməsini tələb və təklif arasında balansın pozulması ilə əlaqələndirirlər. Qlobal iqtisadiyyatda uzunmüddətli tənəzzül, neftin qiymətinin enməsi Vaşinqtona geosiyasi maraqlarını reallaşdırmaqda kömək edə bilər”. Qəzetin iddiasına görə, bütün bunlar Birləşmiş Ştatların Rusiyaya ikili zərbə vurmasına şans yaradar. Bunlardan birincisi, bəlkə də ən önəmlisi o oldu ki, ABŞ Səudiyyə Ərəbistanı rəhbərliyini neft hasilatının həcminin azaltmamağa və ixrac embarqosunun yumşaldılmasına razı salmağı bacardı. Bütün bunlara rəhbərlik edən Vaşinqtonun əsas strategiyası ona hesablanıb ki, neftin qiymətini enməsi stabil olaraq uzun müddət davam edəcək ki, bu da Moskvanın siyasətinə təsir edəcək. Yaranmış geosiyasi vəziyyət Rusiyanı öz siyasətində diversifikasiya kursu yeritməyə sövq etdi: “Belə ki, Rusiya Uzaq Şərq bölgələri, o cümlədən Çinlə müdafiə və enerji sahəsində əməkdaşlıqda sıx tərəfdaşlıq modelinə keçdi. Qərbin təzyiqləri kontekstində Rusiyanın coğrafi mövqeyi həlledici məqam ola bilər. Belə ki, Rusiyanın həmin regionda yerləşən dövlətlərlə əməkdaşlığı Avropa ölkələri üçün ciddi risk yarada bilər. Elə buna görə də, bir çox avropalı siyasi lider Rusiyada yaranan iqtisadi çətinliyin Avropa ölkələri üçün ciddi siyasi və iqtisadi risklər yaratdığını etiraf etmək məcburiyyətində qalıblar. Əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiya arasında körpü olması Rusiyaya Qərbin ikiqat zərbəsini dəf etməkdə yardımçı olacaq”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Tailandda parlament seçkiləri keçirilir
24.03.2019
Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 115-ə çatıb
24.03.2019
Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün 2,1 milyard dollar kredit verir
24.03.2019
Afrikada “İday“ siklonu 700-dən artıq insanın həyatəna son qoyub
24.03.2019
Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info