Şəkidə gənclər üçün təlimlər keçiriləcək
Tarix: 29.01.2015 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


"Gəncliyin Sosial İqtisadi İnkişafına Kömək" İctimai Birliyi “Dövlət gənclər siyasəti– gənclər üçün imkanlar” adlı layihə həyata keçirəcək. Artıq layihənin icrası hazırlıq mərhələsindədir.
İctimai Birlikdən verilən məlumata görə, layihə Azərbaycanın şimal regionu olan Şəki şəhərində yaşayan, fəaliyyət göstərən və ya təhsil alan gənclərin dövlət gənclər siyasəti ilə bağlı məlumatlandırılması məqsədi ilə həyata keçirilir.
Layihə çərçivəsində region gənclərinə “Azərbaycan gəncliyi 2011- 2015- ci illərdə” Dövlət Proqramı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və xaricdə təhsil üzrə Dövlət Proqramı haqqında hazırlanmış xüsusi vəsaitlər, təqdimatlar təlimlər vasitəsilə çatdırılacaq, onların bu proqramdan bəhrələnmələri üçün mümkün yollar göstəriləcəkdir.
Təlimlər zamanı region gənclərinin qarşılaşdıqları problemlər və onlardan çıxış yolları ilə bağlı diskussiyalar təşkil olunacaqdır.
Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info