“Azərbaycan enerji məsələləri baxımından çox güclü ölkədir”
Tarix: 29.01.2015 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Sloveniya 2016-cı ilin ortalarında Bakıda səfirliyini açmağı planlaşdırır. Bu barədə Sloveniyanın Azərbaycandakı səfiri (iqamətgahı Ankarada yerləşir) Milan Yazbeç deyib. Diplomat ötən il Elnur Allahverdiyevin Sloveniyanın Azərbaycanda fəxri konsulu təyin edilməsini iki ölkə arasındakı münasibətlərdə böyük addım adlandırıb: "Növbəti mühüm addım Bakıda səfirliyin açılması olacaq. Biz bu məsələlər üzərində çalışırıq". Onun sözlərinə görə, hər iki ölkə beynəlxalq məsələlərdə oxşar baxışlara malikdirlər: "Siyasi dialoq çox vacibdir. Lakin siyasi dialoqun daha bir hədəfi ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Biz hər bir siyasi səfərin həm də iqtisadi xarakter daşımasına çalışırıq. Əmtəə dövriyyəsinin son göstəricisi 15 milyon dollar təşkil edir, lakin bu, azdır. Biz bu göstəricini artırmağa çalışırıq".
M.Yazbeçin sözlərinə əsasən, martın 3-4-də Bakıda keçiriləcək Sloveniyanın mədəniyyət günləri çərçivəsində Sloveniya Dövlət Şurasının sədri Mitya Bervar başda olmaqla paytaxta iş adamlarından ibarət nümayəndə heyəti səfər edəcək: "Qarşıdakı görüşdə hər iki tərəfdən bir neçə yüz iş adamı iştirak edəcək".
Səfir Sloveniya və Azərbaycan xalqlarının tarixi və mədəni yaxınlığını da qeyd edib: "Sloveniya və Azərbaycan kiçik ölkələrdir. Əlbəttə ki, Azərbaycan enerji məsələləri baxımından çox güclü ölkədir. Son 100 ildə bizim tariximiz və mədəniyyətimiz daha oxşar olub. Bu, çox vacibdir və yaxşı əlaqələr üçün əsasdır".
O bildirib ki, tərəflər ölkələr arasında birbaşa aviareysin açılması üzrə danışıqlar aparırlar və çarter reysləri də planlaşdırılıb ki, bu reyslərin reallaşdırılmasına yayda başlamaq nəzərdə tutulur: "Azərbaycan Hava Yolları" QSC ilə danışıqlar davam edir və yayda Sloveniyaya çarter reysləri açmaq niyyətindəyik".
M.Yazbeçin sözlərinə görə, bütün bunlar iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafı üçün yaxşı təkan olacaq.


Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info