Aqanbekyan: “Ağdam Azərbaycan şəhəridir”
Tarix: 29.01.2015 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


“Ermənistan əhalisi yoxsulluqdan ölkəni kütləvi tərk edir"

"Ağdam Azərbaycan şəhəridir. Bu şəhər Qarabağ müharibəsi zamanı həqiqətən də dağıdılıb. Şəhərdə hər yer dağılıb, bircə məscidə heç nə olmamışdı. Ağdam haqqında onu deyə bilərəm ki, bu şəhərdə erməni yaşamır, indi ölü şəhərdir".
Bunu hazırda Rusiyada yaşayan erməni əsilli akademik Abel Aqanbekyan deyib.
O, Dağlıq Qarabağda separatçılığın yaranmasında özünü günahkar saymadığını da bildirib: "Mən özümü Dağlıq Qarabağda baş verən hadisələrdə, insan itkilərində günahkar saymıram. Orada nə qədər adam ölüb ki?! Yuqoslaviyada və Ukraynada daha çox adam ölüb. Mən bildiyim qədəri ilə Qarabağ müharibəsində Ukraynada olduğu kimi çoxlu sayda dağıntılar törədən "Qrad" qurğusundan istifadə olunmayıb".
Abel Aqanbekyan hazırda Ermənistandakı iqtisadi vəziyyəti də şərh edib: "Ermənistanda iqtisadi vəziyyət çox acınacaqlıdır. Ölkədə iqtisadi durum Rusiyadan üç dəfə aşağıdır. İstehsalat dayanıb, sənaye müəssisələri işləmir. Əmək haqları verilmir. Ermənistan əhalisi yoxsulluqdan ölkəni kütləvi tərk edir".
Qeyd edək ki, Abel Aqanbekyan Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsinin təşəbbüskarlarından biri olub. O, "yenidənqurma" dövründə Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info