AŞPA-nın hesabatında Azərbaycanda həyata keçirilən tədbirlərdən bəhs olunub
Tarix: 29.01.2015 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının uşaqlara qarşı cinsi zorakılıqla mübarizə kampaniyası ilə əlaqədar 2011-2014-cü illərdə keçirilən tədbirlərin hesabatına dair broşür nəşr olunub.
Son beş il ərzində quruma üzv ölkələrdə kampaniya ilə əlaqədar görülən işlərdən bəhs olunan hesabatda uşaqlara qarşı cinsi zorakılıqla mübarizə istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər də əksini tapıb.
Qeyd olunub ki, uşaqlara qarşı zorakılıq hallarına son qoymaq və bu məsələdə ictimaiyyətin fikrini öyrənmək məqsədilə 2011-ci ilin aprelində Milli Məclisdə geniş müzakirələr keçirilib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyevanın təşəbbüsü ilə 2011-ci ilin dekabrında Bakıda uşaqlarla birlikdə “Biz zorakılığa yox deyirik!” mövzusunda növbəti yığıncağın təşkil olunduğu diqqətə çatdırılıb. 2012-ci ilin aprelində 10-16 yaşlı uşaqların iştirakı ilə keçirilən toplantıda uşaqların cəmiyyətdəki rolu ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.
Alman psixoloqunun, Daxili İşlər Nazirliyi əməkdaşlarının və polis zabitlərinin iştirakı ilə keçirilən “Beş üzərində bir” kampaniyasının ictimaiyyət arasında böyük maraq doğurduğu, kampaniya ilə bağlı sərgilər təşkil edildiyi və digər tədbirlərin keçirildiyi qeyd edilib. Həmçinin 2014-cü ildə Bakıda “Uşaqlar zorakılıq hallarına “yox” deyirlər” mövzusunda sərginin təşkil edildiyi diqqətə çatdırılıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info