Dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmalar artıb
Tarix: 29.01.2015 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


2014-cü il üzrə dövlət büdcəsinin mədaxili 18384,0 mln. manat proqnoza qarşı 18400,5 mln. manat və yaxud 0,1 faiz çox olub.
Maliyyə Nazirliyindən verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 7113,6 mln. manat vəsait təmin edilib ki, bu da ötən illə müqayisədə 449,6 mln. manat və yaxud 6,7 faiz çoxdur.
Həmin vəsaitin 60,5 faizi və yaxud 4306,6 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2013-cü ilə nisbətən 539,7 mln. manat və yaxud 14,3 faiz çoxdur.
2014-cü il üzrə Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək büdcəyə 1510,8 mln. manat vəsait təmin edilib ki, bu da 2013-cü illə müqayisədə 9,2 faiz və yaxud 127,6 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 207,3 mln. manat təşkil edib. 2014-cü ildə sair daxilolmalardan nəzərdə tutulan 35,0 mln. manata qarşı büdcəyə 231,8 mln. manat və yaxud proqnoza nisbətən 6,6 dəfə çox vəsait daxil olub ki, bu da 2013-cü illə müqayisədə 132,7 mln. manat və yaxud 2,3 dəfə çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 9337,0 mln. manat vəsait transfert edilib.


Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info