Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunun vaxtı dəqiqləşib
Tarix: 29.01.2015 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Aprel ayında Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci il aprel ayının 27-30-da Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu ilə əməkdaşlıq çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək. Tədbirə 55 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndənin dəvət olunması nəzərdə tutulur. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirakı gözlənilir.
“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə edəcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.
III Qlobal Açıq Cəmiyyətlər Forumuna hazırlıqla əlaqədar fevralın 19-da Brüsseldə keçiriləcək ikigünlük toplantıda da geniş müzakirələrin aparılması planlaşdırılır. Yüksək səviyyəli görüşdə Mərkəzin və Madrid Klubunun üzvü olan nüfuzlu siyasi liderlər – Vayra Vike Frayberqa, İsmail Serageldin, Boris Tadiç, Viktor Yuşşenko, Emil Konstantinesku, Hikmət Çətin, Petar Stoyanov və başqaları iştirak edəcək. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, NGBM-in İdarə Heyətinin üzvü Nazim İbrahimov da iştirak edəcək.
Qeyd edək ki, Foruma hazırlıq məqsədilə 2014-cü ilin aprelin ayından etibarən Albaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Macarıstan, Yaponiya, Belçika, ABŞ, Andorra və digər ölkələrdə bir sıra yüksək səviyyəli görüşlər, toplantı və konfranslar keçirilib. Bu sırada Andorrada “Avropada etimadın bərpa olunması” mövzusunda təşkil edilmiş beynəlxalq konfrans xüsusi əhəmiyyət daşıyır. Həmin görüşdə regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə xüsusi diqqət ayrılmışdı. Bundan başqa, Foruma hazırlıq çərçivəsində Madrid Klubuna üzv olan keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və dövlət xadimlərinin Azərbaycan Respublikasına səfərləri təşkil olunub.
Xatırladaq ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info