“The Washington Times”:“Azərbaycan terrorizmə qarşı mübarizəyə qoşulub”
Tarix: 29.01.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Konqresmen Maykl R. Tuner həmkarlarına Azərbaycanın ABŞ-ın strateji partnyorlarından biri olduğunu öyrədən inandırıcı səslərdəndir. Bu barədə “The Washington Times” qəzetində yer alan məqalədə məlumat verilib. Qeyd edilib ki, ABŞ-ın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri kimi Turnerin səsi diqqətlə dinlənilir.
O, Cənub Qaz Dəhlizi kimi Azərbaycandan təbii qazını Avropadakı müttəfiqlərinə çatdırmaqla onların Rusiyadan asılılığını azaldan layihədə ABŞ-ın milli maraqlarına uyğun olaraq dəstək verməsinə imkan yaradıb: “Azərbaycanın “Şah Dəniz” yatağı dünyanın ən böyük qaz yataqlarından biridir”.
Turner kəmərin Xəzər dənizi regionu üçün iqtisadi imkan kimi əhəmiyyətindən danışıb: “Cənub Qaz Dəhlizi Avropa və Avrasiyadakı regional enerji təhlükəsizliyini təmin edəcək və bizim strateji partnyorluğumuzun inkişafına kömək edəcək”.
Turner həmçinin Azərbaycan Qafqaz Konqresinin üzvü kimi rəsmi Bakının 1991-ci ildə SSRİ-dən ayrılıb müstəqil olduqdan sonra ABŞ-a birbaşa yardımından da danışıb, bildirib ki, Azərbaycan terrorizmə qarşı mübarizəyə qoşulub, İsraili açıq dəstəkləyən az saylı müsəlman dövlətlərindən biri olub.
Turner çıxışlarından birində qeyd edib ki, Ukraynada davam edən iğtişaşlar xatırladır ki, ABŞ Rusiyanın niyyətlərinə qarşı bir bufer kimi strateji partnyorluğunu gücləndirməlidir.
Turner həmçinin Azərbaycanın Amerikanı cəlb etmək və çətin məqamlarda stabillik yaratmaq üçün Avropaya öz enerjisini göndərmək istiqamətindəki işini yüksək qiymətləndirib: “Terrorizmə qarşı mübarizədə Azərbaycan ABŞ-ın vacib partnyoru olmaqdadır və strateji partnyorlarla enerji təhlükəsizliyini dəstəkləməkdə təşəbbüs göstərir. Özünün böyük neft və qaz resursları ilə Azərbaycan bizim NATO-dakı strateji mütəffiqlərimizə və digər Avropa ölkələrinin enerji resurslarını diversifikasiya etməsinə kömək etməkdə əsas komponentdir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info