Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin rəhbərləri ATMU-da olub
Tarix: 29.01.2015 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil ocağının rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun iştirakı ilə Almaniya Federativ Respublikasının ölkəmizdə fəaliyyət göstərən “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti”nin sabiq rəhbəri Henning Tvesten və cəmiyyətin yeni rəhbəri, xanım Sonya Fontayn ilə görüş keçirilib. ATMU-nun mətbuat xidmətindən verilən xəbərə görə universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanovun, o cümlədən Beynəlxalq əlaqələr, Tədqiqat və inkişaf şöbəsi əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə bir sıra məsələlərə münasibət bildirilib. Rektor Cəfər Cəfərov söhbət əsnasında ATİ və onun varisi ATMU-nun yaranma tarixi, tədris siyasəti, ixtisaslar, mövcud problemlər və qarşıda duran vəzifələrdən söz açıb. Eyni zamanda ali təhsil ocağını inkişafa istiqamətləndirə bilən strateji məqsədin reallaşması mexanizmi ilə bağlı düşüncələrini də bölüşüb. Görüşdə ali təhsil ocağı ilə “Alman Beynəlxalq Əməkdaşlq Cəmiyyəti” arasında indiyədək görülən işlər təhlil edilib, hər iki qurum arasında mümkün əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nigar






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info