Dövlət büdcəsinin kəsiri maliyyələşmə mənbələri hesabına bağlanıb
Tarix: 29.01.2015 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


2014-cü ildə dövlət büdcəsinin xərcləri 93,2 faiz və yaxud 18699,3 mln. manat icra edilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, 2014-cü ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6005,8 mln. manat icra olunub.
Dövlət büdcəsi xərclərinin 24,0 faizi və yaxud 4485,8 mln. manatı sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2013-cü illə müqayisədə 403,9 mln. manat və yaxud 9,9 faiz çoxdur.
Funksional təsnifata uyğun olaraq 2014-cü ildə 2013-cü illə müqayisədə sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz (220,8 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,9 faiz (30,1 mln. manat), təhsil xərclərinə 8,2 faiz (117,6 mln. manat), səhiyyə xərclərinə 7,5 faiz (46,4 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 6,9 faiz (19,1 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 5,2 faiz (54,3 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 4,7 faiz (18,8 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 3,5 faiz (17,0 mln. manat), müdafiə xərclərinə 2,1 faiz (31,1 mln. manat) çox vəsait yönəldilib.
2014-cü ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6259,0 mln. manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,5 faiz olub.
2014-cü il üzrə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Dövlət büdcəsinin kəsiri 298,8 mln. manat təşkil etmişdir və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.
Qeyd edək ki, 2014-cü ilin icmal büdcəsinin gəlirləri 23038,2 mln. manat, xərcləri isə 21304,4 mln. manat icra olunub.


Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info