Əməyin mühafizəsinə həsr olunmuş seminar-müşavirə keçirilib
Tarix: 29.01.2015 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş seminar-müşavirə keçirib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin nümayəndələri və 120-dən çox işəgötürən iştirak edib.
Seminar-müşavirəni giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasında işçi hüquqlarının yüksək səviyyədə təminatının, o cümlədən əməyin mühafizəsinin mühüm komponentlərdən olduğunu vurğulayıb. F.Əlizadə bildirib ki, əməyin mühafizəsi sahəsində qanunvericiliyini mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirən ölkəmizdə bu qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti də daim güclənir: “Nəzarət tədbirlərinin nəticələrinin təhlili onu göstərir ki, istehsalatla əlaqəli bədbəxt hadisələr ilk növbədə işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, norma və standartlara əməl etməməsindən irəli gəlir. Ona görə də bu məsələlərlə bağlı işəgötürənlərin məsuliyyətinin artırılmasına ehtiyac var”.
Xidmət rəisi bildirib ki, ötən il əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan ümumilikdə 20417 hüquq pozuntusunun 10,3 faizi məhz əməyin mühafizəsinin tibbi-sosial məsələləri və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub: “Belə hallara görə işəgötürənlərə qanunvericilik əsasında cəza tədbirləri tətbiq olunur. Lakin bu sahədə institisional tədbirlərə də önəm verilir. Məsələn, bir çox təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislərin bilik səviyyəsinın qənaətbəxş olmadığı nəzərə alınaraq, ƏƏSMN tərəfindən həmin mütəxəssislər üçün ötən ilin noyabrından ölkədə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kurslarının təşkilinə başlanılıb. Kurslara cəlb olunanlara əməyin mühafizəsinə dair elmi-hüquqi, praktik bilgilər verilib. İndiyədək həmin kurslara 119 nəfər cəlb olunub və aparılmış müsahibənin nəticələrinə uyğun olaraq onlardan kursu bitirmiş 101 nəfərə müvafiq sertifikatlar verilib, digərləri isə hələ təlim keçməkdədir”.
F.Əlizadə qeyd olunan sahədə həmkarlar və işəgötürənlər təşkilatları, habelə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləri ilə fəal əməkdaşlıq əlaqələrindən də danışıb: “Ölkəmizdə “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində təşkil olunan bu seminar-müşavirə də bizə əməyin mühafizəsi sahəsində mövcud vəziyyəti, bu sahədə problemləri müzakirə etməyə imkan verir. Əminəm ki, bu tədbir işçi insanların həyat və sağlamlığının etibarlı şəkildə qorunmasına yönələn işlərdə birgə səylərimizin artmasına öz töhfəsini verəcək”.
Seminar-müşavirədə AHİK-in sədr müavini Cavanşir Alxasov, BƏT-in Azərbaycan üzrə nümayəndəsi Yaşar Həmzəyev, ASK-nin hüquq şöbəsinin müdiri Mehman Mehmanov, ayrı-ayrı işəgötürənlər mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində müəssisələrdə mövcud vəziyyət geniş müzakirə olunub, əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edilib. Tədbir zamanı əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar barədə məlumatlar da təqdim edilib, işəgötürənlərin sualları cavablandırılıb.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info