Amerikalı konqresmen: “Azərbaycan regionun geosiyasi sabitliyinin açarıdır”
Tarix: 29.01.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Cənub Qaz Dəhlizi Avropada və onun hüdudlarından kənarda ABŞ-ın müttəfiqi olan dövlətlərin regional enerji təhlükəsizliyinə yardım edəcək. Bu barədə "Vaşinqton Tayms" qəzetində ABŞ Konresinin üzvü Maykl Terner yazır.
Məqalədə deyilir: "Cənub Qaz Dəhlizi Avropada və Avrasiyadakı müttəfiqlərimizin regional enerji təhlükəsizliyinə yardım edəcək, eləcə də strateji tərəfdaşlarımızın möhkəmlənməsinə kömək edəcək. Bizimlə müttəfiq olan ölkələrin bir çoxu bir ölkədən və ya qeyri-sabit regionlardan qaz tədarükündən asılıdır. Müttəfiqlərimizin alternativ və etibarlı mənbələrdən enerji resursları idxalının əlçatanlığının təmin olunması regionda geosiyasi sabitliyi yüksəltməyə yardım edir”.
Müəllifin sözlərinə görə, Azərbaycan Amerikanın strateji müttəfiqləri tərəfindən həyata keçirilən terrorla mübarizədə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə təşəbbüslərlə bağlı Birləşmiş Ştatların mühüm tərəfdaşı qalmaqda davam edir.
Terner qeyd edib ki, Azərbaycan özünün nəhəng neft və qaz ehtiyatları ilə ABŞ-ın NATO üzrə strateji tərəfdaşları və digər Avropa ölkələri üçün enerji resurslarının idxalının şaxələndirilməsinin təmin olunmasında kömək göstərməkdə vacib rol oynayır.
Məqalədə deyilir ki, Cənub Qaz Dəhlizi Avropaya karbohidrogenlərin idxalı mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın şəxsində yeni bazar əldə etməyə imkan verəcək. Cənub Qaz Dəhlizinin açılması üçün məhz Azərbaycan qazı nəzərdə tutulub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info