Azərbaycan və Qabon gömrük xidmətləri sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar
Tarix: 29.01.2015 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların Təşviqi və Planlaşdırma nazirinin müavini xanım Marie-Julie Bloqo-Bi-Nzendonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
Nümayəndə heyətinin Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə hər iki ölkənin gömrük xidmətləri arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılması üçün bütün imkanlardan maksimum yararlanmağın vacibliyi vurğulanıb və bu məqsədlə yaxın perspektivdə müvafiq saziş layihəsinin imzalanacağı qeyd edilib.
Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar. Nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı, Kinoloji Mərkəzi, “Azərterminalkompleks” Birliyi, Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzi, eləcə də bu təşkilatın Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə baş çəkib.
Qonaqlar Bakı Baş Gömrük İdarəsi, “İpək Yolu” yük terminalı və Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin fəaliyyəti ilə də yaxından tanış olublar.
Bununla da Qabon nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info