Xınalıq turistlərin diqqət mərkəzində
Tarix: 29.01.2015 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkandır. Ötən il rayona gələn 80 mindən artıq turistdən təxminən 20 mini qədim tarixə malik bu kəndi ziyarət edib.
Quba Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacızadə eksklüziv müsahibəsində bildirib ki, mərkəzə əcnəbi ölkələrdən mindən artıq onlayn müraciət edilib. Bunların da əksəriyyəti Xınalıq kəndinə səfərlə bağlı olub. 5000 illik tarixə malik kəndə gələn turistlərin çoxu istirahət mərkəzlərində dincəlsə də, bəziləri fərdi evlərdə qalmağa üstünlük verib. Bu cür evlər əvvəlcədən qeydiyyata alınaraq turistlərin istirahəti üçün hər bir şərait yaradılıb.
Böyük turizm potensialına malik Quba rayonuna gələn turistlərə əsasən dörd istiqamət üzrə səyahət təklif olunur. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah turizm marşrutlarıdır. Bu günədək turistlər daha çox Xınalıq kəndi istiqamətində hərəkət ediblər.
Ümumiyyətlə, 2014-cü ildə Qubaya gələn 80 mindən artıq turistin 42 mini yay, qalanları isə qış turizm mövsümündə rayona səfər edib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info