“The Washington Times“: “I Avropa Oyunları Azərbaycanı dünyanın idman arenasına çevirəcək”
Tarix: 29.01.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


İyunda Bakıda start götürəcək I Avropa Oyunlarında ikihəftəlik feeriya ərzində idmançılar, artistlər və texnologiyalar diqqət mərkəzində olacaq ki, bu da Azərbaycanı dünyanın idman arenasına çevirəcək. Bu barədə "The Washington Times" qəzetində dərc edilmiş məqalədə deyilir.
Məqalədə yazılır: "Bakı zəngin tarixi və mədəniyyəti ilə məşhurlaşmış şəhərdir, irimiqyaslı tikinti işlərindən sonra burada ən qabaqcıl standartlara cavab verən idman qurğuları yaranacaq".
Qəzet qeyd edir ki, Avropa Oyunları infrastrukturu tamamilə "bulud" texnologiyalara əsaslanacaq ilk multiidman tədbiri olacaq: "Bu model çox güman gələcəkdə bütün iri idman tədbirlərində tətbiq olunacaq".
Materialda bildirilir ki, Bakıda idman arenalarını birləşdirəcək uzunluğu 600 kilometrdən çox olan optik lifli şəbəkə qurulacaq: "Bu, təkcə oyunları yayımlamağa imkan verməyəcək, həmçinin iqtisadiyyatı sürətlə inkişaf edən, əhalisi isə innovasiyalara, informasiya və iqtisadi tərəqqiyə can atan Azərbaycana uzunmüddətli fayda gətirəcək".
Qəzet "Bakı 2015"-in texnologiyalar üzrə direktoru Adriana Korkorandan sitat gətirir: "Avropa Oyunları Azərbaycan üçün idmanda texnoloji nailiyyətlərin avanqardı olmaq imkanıdır və biz hazırlığımızın gedişindən çox razıyıq".
Məqalədə vurğulanır ki, yarışların keçiriləcəyi idman obyektlərinin çoxu artıq hazırdır, əsas arenanın tikintisi isə yaxın həftələrdə başa çatacaq: "Avropa Oyunları dünyanın iri brendləri tərəfindən dəstəklənəcək".
Qəzet yazır ki, yarışların ev sahibi Azərbaycanın çoxsaylı istedadlarını nümayiş etdirmək üçün artistlərdən ibarət ulduz heyəti toplayıb. Bura aktyorlar Bəhram Bağırzadə və Murad Dadaşov, eləcə də istedadlı müğənnilər Nigar Camal və Roya Ayxan daxildir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info