Vaşinqtonda keçirilən tədbirdə Azərbaycanın geosiyasi əhəmiyyəti vurğulanıb
Tarix: 29.01.2015 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


ABŞ-ın ən nüfuzlu analitik mərkəzlərindən biri olan Vudro Vilson Mərkəzinin Kennan İnstitutu və Enerji, Təbii Ehtiyatlar və Geosiyasət Mərkəzi yanvarın 28-də “Ukraynadan sonra Cənubi Qafqaz üçün təhlükəsizlik və enerji sahəsində doğan nəticələr” mövzusunda geniş birgə tədbir keçiriblər. Azərbaycanın bəhs edilən hər iki sahədə oynadığı mühüm rol və malik olduğu geosiyasi əhəmiyyət çıxışçıların gəldikləri ümumi qənaətlər arasında yer alıb.
ABŞ enerji nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi vəzifələrini icra edən Conatan Elkaynd (Jonathan Elkind) Azərbaycan qazını Avropa bazarına daşıyacaq “Cənub” qaz dəhlizinin qlobal enerji bazarında çox əhəmiyyətli rola malik olduğunu bəyan edib. O, həmçinin Azərbaycandan start götürən enerji layihələrini Avropanın enerji təhlükəsizliyinin onurğa sütunu kimi səciyyələndirib.
Massaçusets Amherst Universitetinin professoru və hazırda Vaşinqtonda Vudro Vilson Mərkəzində ziyarətçi tədqiqatçı olan Odri Olstadt (Audrey Altstadt) Azərbaycanın üzləşdiyi təhdidlər arasında Ermənistanın ötən 20 ildən çox müddət ərzində Dağlıq Qarabağ regionunu və ətraf əraziləri işğal altında saxlamasının dayandığını xüsusi vurğulayıb.
Amerika İşgüzarlıq İnstitutunun tədqiqatçısı Maykl Rubin (Michael Rubin) müstəqil enerji siyasətinin Azərbaycan üçün həyati önəm daşıdığını qeyd edərək, son dövrlərdə ABŞ-ın Azərbaycana münasibətdə apardığı diplomatiyanın “qısa müddətli yanaşmalar” üzərində qurulduğunu tənqid edib və ABŞ-Azərbaycan münasibətlərinin müxtəlif kiçik miqyaslı problemlərdən qat-qat vacib olduğunu söyləyib.
Bundan əlavə, Enerji, Təbii Ehtiyatlar və Geosiyasət Mərkəzinin direktoru Ariel Kohen (Ariel Cohen) enerji istehsalçısı və potensial tranzit ölkə olan Azərbaycanın strateji mövqeyindən, bp şirkətinin Vaşinqton ofisinin beynəlxalq işlər üzrə direktoru Qreq Saunders (Greg Saunders) isə Xəzər qazını Avropa bazarına çatdıracaq “Cənub” qaz dəhlizinin gerçəkləşdirilməsi istiqamətində uğurla start verilmiş işlərdən bəhs ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info