Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə zona seminar-müşavirəsi keçirib
Tarix: 29.01.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncədə zona seminar-müşavirəsi keçirilib.
Respublikamızın qərb bölgəsinin 9 şəhər və rayonlarının icra hakimiyyəti başçıları müavinlərinin, baş memar və hüquqşünasların iştirakı ilə keçirilən seminar-müşavirədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar yeni əlavə və dəyişikliklər, onların tətbiqi zamanı yerli icra hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin qurulması kimi məsələlər müzakirə edilib.
Seminar-müşavirədə çıxış edən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin baş dövlət tikinti müfəttişliyinin sektor müdiri Kərim Ağayev tikintiyə icazənin verilməsi üzrə icraat, tikinti layihələrinin ekspertizası, tikinti işlərinin dayandırılması və obyektlərin sökülməsi, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində irəli sürülmüş digər bölmələr üzrə əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verib.
Seminar-müşavirənin sonunda iştirakçıların suallarına cavab verilib və onlara hüquqi-normativ sənədlər, Məcəllənin tətbiqi ilə bağlı metodiki vəsaitlər paylanılıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info