Ceyhun Ələkbərov: “İstərdik ki, Macarıstan Xocalı soyqırımını tanıyanların sıyahısında olsun”
Tarix: 29.01.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Macarıstanın Budapeşt şəhərində Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyi, Macarıstan Azərbaycan qardaşlıq Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Xocalı soyqırımına beynəlxalq hüquqi baxış və qondarma erməni iddiaları” adlı konfrans keçirilib. Daha sonra isə Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və macar jurnalisti Borbala Obruzanskinin birgə müəllifliyi ilə çap olunan "Qafqazın parlayan ulduzu-Azərbaycan" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Macarıstan-Azərbaycan qardaşlıq Cəmiyyətinin sədri Ramiz Əmirov açıb və Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib. Daha sonra çıxış edən Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirib ki, bir neçə il bundan əvvəl Avropada insanlar düşünürdülər ki, savaş, terror Afrikada və digər yerlərdə ola bilər: “Amma indi terror Avropanın mərkəzinə yol açıb. Bütün bunların qarşısının alınması üçün ziyalıların fəaliyyəti vacibdir. Hər bir vətəndaşdan sayıqlıq, zora qarşı mübarizə aparmaq tələb olunur... Bu il Türkiyə Çanaqqala savaşının 100 illiyini qeyd edəcək. Bu il eyni zamanda Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş bir məsələ qeyd olunur. Bu, qondarma erməni soyqırımıdır. Məlumdur ki, 1915- ci ildə Türkiyədə soyqırımı olmayıb. Bu kimi hadisələrin qarşısının alınması üçün diplomatlar, elm adamları, ziyalılar ciddi fəaliyyət göstərməlidir. Azərbaycanın Macarıstandakı səfirliyinin əsas istiqamətlərindən biri bu olub. Borbala ilə Ceyhun Ələkbərovun müəllifi olduğu macar dilində nəşr edilən "Qafqazın parlayan ulduzu-Azərbaycan" kitabı Azərbaycanın Macarıstanda tanıdılması üçün önəmli rola malikdir”.
Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı diqqətə çatdırıb ki, Azərbaycan son illərdə sürətlə inkişaf edən ölkəyə çevrilib: “Bir neçə dəfə Bakıda olmuşam, Bakı çox gözəl şəhərdir və hər birinizə orada olmağı tövsiyə edirəm”. Səfir daha sonra Azərbaycanın 90-cı illərdə yaşadığı problemlərdən, ərazilərimizin işğalından danışıb.
Macar jurnalisti, "Qafqazın parlayan ulduzu-Azərbaycan" kitabının həmmüəllifi Borbala Obruzanski Azərbaycanın sürətlə inkişafından, tarixi, mədəniyyəti, mətbəxindən danışıb və kitabı təhlil edib. "Qafqazın parlayan ulduzu-Azərbaycan" kitabının azərbaycanlı həmmüəllifi, Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib ki, Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa vurulmuş ən dəhşətli zərbə kimi, xüsusi yer tutmaqdadır: "Faciənin dəhşətlərini yaşamış birisi olaraq, o gün haqqında danışmaq və onu göz önünə gətirmək mənim üçün heç də asan deyil. Xocalı soyqırımı erməni millətçilərinin düşündüyü kimi türklərə deyil, bütövlükdə bəşəriyyət və insanlığa qarşı həyata keçirilmiş soyqırımı aktıdır". Ceyhun Ələkbərov əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, artıq erməni yalanları ifşa olunmaqdadır: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başçılığı ilə "Xocalıya ədalət" kampaniyası adı altında aparılan ciddi fəaliyyətlər uğurlu nəticələr verməkdədir. Artıq kampaniyanın nəticəsi olaraq, Xocalı soyqırımı bir çox ölkə parlamentləri gündəliyə çıxararaq müzakirə edib, pisləyib, soyqırımı aktı kimi tanın və qətnamələr çıxarıblar. Tarix boyu insanlığa, xüsusən türklərə qarşı dəfələrlə soyqırımı aktı törədən ermənilər bu gün yalanları ilə tarixdə olmayan bir şeyi uyduraraq, qondarma erməni soyqırımını dünyaya sırımaq istəyirlər. Amma nədənsə, heç bir tarixi araşdırmaya ehtiyacı olmayan, 23 il bundan öncə dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına lazımi səviyyədə hüquqi qiymət verilməyib. Bu da bəzi təşkilatlar və dövlətlərin ikili standart yanaşmasının nəticəsidir. Burada çox maraqlı bir macar atalar sözünü xatırlatmaq yerinə düşərdi: "Meşəyə girən ağacı görmürsə, deməli, kordur". Azərbaycan xalqı ilə macar xalqının bir çox ortaq dəyərləri var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Macarıstan-Azərbaycan əlaqələri, bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Həmişə haqqın və ədalətin yanında olan Macarıstan dövlətinin də, Xocalı soyqırımına hüquqi qiymət verəcəyinə ümid edirik. Çox istərdik ki, Macarıstan da Xocalı soyqırımını tanıyan ölkələr sıyahısında olsun...".
Hollandiya Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov isə erməni yalanlarından danışıb. O, ermənilərin tarixi necə saxtalaşdırması ilə bağlı faktlar sadalayıb. Macar alimləri də Azərbaycanla bağlı fikirlərini bölüşüblər. Konfransa Azərbaycandan, həmçinin Diaspor Jurnalistləri Birliyinin idarə heyətinin üzvləri Elnur Eltürk və Əli Zülfüqaroğlu da qatılıblar.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info