AŞ-nin baş katibi azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıldı
Tarix: 29.01.2015 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Torbyorn Yaqland AŞ PA üzvləri qarşısında çıxış edib, sonra millət vəkillərinin suallarını cavablandırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə müraciət edərək azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb.
Q.Paşayeva qeyd edib ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş və beynəlxalq ictimaiyyətin tanınmadığı separatçı erməni rejimi tərəfindən girov götürülən azərbaycanlılar, məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normalar pozularaq insanlıqdan kənar əməllər həyata keçirilib: “Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı saxta məhkəmələr quraraq onları hələ də girov saxlamaqda, əziyyət və işgəncələr verilməkdə davam edirlər və azad etməkdən imtina edirlər. Onların ailələri sizdən dəstək gözləyir. Onların girovluqdan azad edilməsi, azadlığa çıxması üçün bir baş katib kimi hansı addımlar ata bilərsiniz və ya atmağı planlaşdırırsınız?”
Baş katib isə cavabında vəziyyətin gərginliyini xüsusi vurğulayıb: “Bu, Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. AŞ indiyə kimi bu münaqişənin həllində heç bir rol oynamayıb. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma AŞ PA-nın Avropada insan hüquqlarının vəziyyətinə dair qəbul etdiyi son hesabatda deyilir ki, biz dondurulmuş münaqişələr olan bölgələrdə öz alətlərimizi işlədə bilmirik. Bu, insan hüquqlarının qorunması baxımından bir növ qara dəliklərdir. Biz də hazırda düşünürük ki, bu konkret məsələ ilə bağlı necə fəaliyyət göstərə bilərik, hansı töhfələrimizi verə bilərik. Hələlik biz heç nə edə bilmirik. Biz praktiki baxımdan nələr edə bilərik? Biz bu sahədə yalnız insan hüquqlarını qorumalıyıq. Amma burada münaqişə olduğundan, bu çox həssas bir məsələdir. Amma mən yenə də əvvəlki kimi Konvensiyamızın dondurulmuş münaqişələrin mövcud olduğu bökgələrdə tətbiq oluna bilməməsinə təkidlə qarşı çıxıram. Avropada hamı, o cümlədən Dnestryanı bölgədə, Dağlıq Qarabağda hamı bizim İnsan hüquqları üzrə Avropa Konvensiyamızla və digər uyğun beynəlxalq sənədlərlə qorunmalıdırlar”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info