Rob Sübhani: “ABŞ öz ölkəsində yoxsulluğun səviyyəsinin azaldılması barədə düşünməlidir“
Tarix: 29.01.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


“Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır”. Bu barədə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhaninin "The Washington Times" qəzetində dərc edilmiş məqaləsində deyilir. R.Sübhani yazır ki, Azərbaycan 11 sentyabr terror aktlarından dərhal sonra ABŞ-ı dəstəkləyərək amerikalı hərbçilərlə birlikdə döyüşmək üçün Əfqanıstan və İraqa qoşunlar göndərdi: "Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, Qərbin etibarlı enerji tərəfdaşıdır". O güman edir ki, ABŞ-ın siyasi elitası fundamental dəyərlər, insan azadlıqları və hüquqları barədə xatırlamalıdır: "Bu dəyərlər dünyada artan təhlükələrlə balanslaşdırılmalıdır. Hazırda ümumi məqsədlərdə ABŞ-a etibarlı tərəfdaş lazım olduğu dövrdə həmişə bizimlə olan tərəfdaşlarımızdan uzaqlaşmamalıyıq. Azərbaycan məhz belə tərəfdaşdır və ABŞ-ın təşəkkürünə layiqdir". R.Sübhani hesab edir ki, ABŞ Ukraynaya neft tədarükündə Azərbaycanı dəstəkləsəydi, Ukraynadakı böhrandan yan keçmək olardı. Müəllif ABŞ-ın daxili siyasətində uğursuzluqları qeyd edir: "Prezident Barak Obamanın uğursuz menecmenti nəticəsində ABŞ-da orta sinfin sayında azalma müşahidə olunur, halbuki Azərbaycanda İlham Əliyevin 12 illik liderliyi dövründə ölkə iqtisadiyyatında çox qiymətli artım qeydə alınır".
Məqalədə deyilir: "Düzgün seçilməyən iqtisadi kurs nəticəsində Barak Obama amerikalılar üçün yaxşı ödənişli iş yerlərinin yaradılması vəzifəsinin öhdəsindən gələ bilmədi. Hərçənd Azərbaycanda yüksək məşğulluq səviyyəsi mövcuddur".
R.Sübhaninin fikrincə, Dünya Bankı Azərbaycanda yoxsulluğun kəskin azalmasını qeyd edir: "ABŞ-ın siyasi elitası Azərbaycanı tənqid etmək əvəzində öz ölkəsində yoxsulluğun səviyyəsinin azaldılması barədə düşünməlidir".
O, Azərbaycan cəmiyyətində mövcud olan tolerantlığa və multikulturalizmə də toxunub: "Demokratiyanın qalası olan Fransada bir neçə həftə əvvəl radikal islamçılar supermarketə hücum edərək 4 yəhudini öldürdülər. Tez-tez tənqid edilən Azərbaycanda isə yəhudilər daha bir şabatı qeyd etdilər və bu yaxınlarda tikilmiş sinaqoqda ibadət etdilər. Bu, İsraildən kənarda olan ən böyük sinaqoqdur. Açılış mərasimində İsrailin baş ravvini iştirak edib. Bu kəskin kontrasta baxmayaraq, bizim bəzi KİV nümayəndələrimiz və siyasətçilərimiz Azərbaycanı tənqid etməyə davam edirlər".
Müəllif vurğulayır ki, İlham Əliyev qısa müddət ərzində xalqı üçün təhlükəsizliyi, keyfiyyətli təhsili, iqtisadi artımı, yoxsulluğun azaldılmasını təmin edə bildi.(Trend)
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info