Dünya Səhiyyə Təşkilatının müşavirəsində Azərbaycan da təmsil olunub
Tarix: 29.01.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


İsveçrənin Sürix şəhərində Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə keçirilən müşavirədə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil edib.
İSİM-dən verilən məlumata görə, müşavirənin keçirilməsində məqsəd fiziki aktivlik sahəsində Avropa strategiyasının ilkin layihəsinin (2016-2025-ci illər) müzakirəsinin aparılması, həmin sənəd üzrə rəy və təkliflərinin dinlənilməsi olub.
Müşavirə çərçivəsində strategiyanın perspektivləri, rəhbər prinsipləri və prioritet istiqamətləri barədə geniş məlumat verilib. Strategiyanın hazırlanması üçün “yol xəritəsi”nin, fəaliyyətin və vəzifələrin müzakirəsindən sonra ölkə nümayəndələrinin təklifləri dinlənilib.
İSİM-in nümayəndəsi Tofiq Musayev də öz növbəsində çıxış edərək Azərbaycanda fiziki aktivlik sahəsində görülən tədbirlərdən, həyata keçirilən proqramlardan bəhs edib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info