Aleksandr Qusyatnikov: “Azərbaycanda fantastik işlər görülür”
Tarix: 29.01.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


"2015-ci il dünya velosiped idmanı həyatında kifayət qədər aktiv dövr kimi yadda qalacaq və siz də bu proseslərin içində olacaqsınız". Bu sözləri Avropa Velosipedçilər İttifaqının (UEC) vitse-prezidenti Aleksandr Qusyatnikov dünyanın bir çox tanınmış komandalarının, o cümlədən "İtera-Katyuşa" (Rusiya), "Astana" (Qazaxıstan), "CCC" (Polşa), habelə Azərbaycanın "Synergy Baku" və dağ velosipedi üzrə yığma komandasının İspaniyada keçirilən təlim-məşq toplanışı zamanı deyib.
O, “Bakı-2015” ilk Avropa Oyunlarını gələcəyə atılan önəmli addım kimi dəyərləndirib.
Qusyatnikov Avropa Oyunlarının şosse velosipedi üzrə yarışlarını belə xarakterizə edib: "Bildiyiniz kimi, uzun illərdi ki, şosse velosipedi üzrə Elit yaş kateqoriyasında Avropa çempionatı keçirilmir. Bunu onunla əlaqələndirirdilər ki, dünyanın ən güclü velosipedçiləri Avropada toplaşdığından qitə çempionatının təşkili dünya çempionatının nüfuzuna xələl gətirə bilər. Amma Avropa Velosipedçilər İttifaqının rəhbərliyində edilən dəyişiklikdən sonra 2016-cı ildən etibarən Elit yaş qrupunda Avropa çempionatının bərpası qərara alınıb. Bu səbəbdən də Avropa Oyunlarında gələnilki qitə çempionatının cizgiləri özünü qabarıq şəkildə büruzə verəcək".
UEC vitse-prezidentinin sözlərinə görə, Avropanın aparıcı ölkələri qitə çempionatının bərpasına böyük maraq göstərirlər və bu səbəbdən də “Bakı-2015”in proqramına şosse velosipedinin salınması onların ürəyincə olub. Azərbaycan paytaxtına kifayət qədər güclü velosipedçilərin gələcəyini vurğulayan Aleksandr Qusyatnikov yarışların yüksək səviyyədə təşkil ediləcəyinə şübhə etmir: "2014-cü ildə keçirilən "Tour d’Azerbaïdjan" veloyürüşü zamanı sonuncu mərhələ paytaxt Bakı küçələrində təşkil edildi və bu variant UEC tərəfindən də böyük dəstək qazandı. Builki yarışın 5-ci mərhələsi də eyni marşrut üzrə olacaq və Avropa Oyunları üçün bu variant tam təsdiqlənəcək. Gözəl şəhər küçələrində yarışmağı kim istəməz? Beynəlxalq standartlara cavab verən dağ velosipedi parkınız artıq hazırdır, BMX stadionunda isə işlər yekunlaşmaq üzrədir. Ümumiyyətlə, Azərbaycanda idman sahəsində fantastik işlər görülür. "Tour d’Azerbaïdjan" veloyürüşü zamanı rayonlarda bunun bir daha şahidi oldum. Prezident İlham Əliyevin idmana, o cümlədən velosipedə göstərdiyi qayğı, federasiyanızın gördüyü işlər Avropa Velosipedçilər İttifaqı rəsmilərini çox sevindirir".

Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info