Avropadakı islamofobiya meyilləri ilə əlaqədar etiraz aksiyası keçirilib
Tarix: 29.01.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Gürcüstanda yaşayan və ölkənin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı, gürcü gənclərinin, həmçinin Marneuli və digər bölgələrdən gələn dindarların, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə islamofobiya meyllərinə etiraz olaraq aksiya keçirilib. Tiflisdəki köhnə parlament binasının qarşısında keçirilən aksiyada çıxış edən gənclər Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə kəskin etirazlarını bildiriblər.
İştirakçılar "Heç kim müsəlmanı təhqir edə bilməz!", "Biz diskriminasiyanın hər növünü pisləyirik!", "Allaha inananlar Allaha inanmayanlara qalib gələcəklər!", "Ya Rəsulallah!", "Məhv olsun terrorçuluq!" və digər şüarlar səsləndirilib.
Tədbirdə çıxış edən gənclər və din adamları Gürcüstan hökumətinə ölkədə tolerantlıq şəraiti yaradıldığına görə təşəkkürlərini bildiriblər: “Biz çox xoşbəxtik ki, ölkədə tolerantlıq var və biz müsəlmanlar İslam dininin qayda-qanunlarını sevə-sevə həyata keçirir, öz peyğəmbərimizə məhəbbətimizi bildirir, dinimizi inkişaf etdirir və İslamın gözəl bir din olduğunu təbliğ edirik”.
“Mövqe” qeyri-hökumət təşkilatının rəhbəri Quram Adamişvili açıqlamasında İslam dininin təhqir olunmasına qarşı çıxdıqlarını vurğulayıb: "Biz müsəlman qardaşlarımızla bir yerdəyik və onlara dəstək olduğumuzu bəyan edirik. Biz pravoslav olaraq sülhü, əmin-amanlığı dəstəkləyir, terrorçuluğu pisləyirik”.
Etiraz aksiyasında heç bir insident baş verməyib.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info