Həkimlərimiz Tbilisidə beynəlxalq konfransda iştirak ediblər
Tarix: 29.01.2015 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Tbilisidə vərəm xəstəliyi və bu xəstəliklə mübarizə üsullarına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov və institutun həkim-radioloqu Züleyxa Sərdarova iştirak ediblər.
Z.Sərdarova bildirib ki, iki gün davam edən konfransda vərəmin səbəbləri və ağır nəticələri, eləcə də bu xəstəliyin düzgün müayinəsi və müalicəsi istiqamətində dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlərdən söhbət açılıb. Vaxtilə Azərbaycanda işləmiş ABŞ-ın Milli İnfeksion və Allergiya İnstitutunun rəhbəri Aleks Rosentalın və başqa alimlərin mühazirələri dinlənilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən konfransda azərbaycanlı həkimlər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlardan, o cümlədən vərəmlə mübarizə sahəsində görülən işlərdən danışıblar. Bildirilib ki, Azərbaycan Respublikasında vərəm xəstəliyi ilə mübarizə aparan tibb müəssisələri şəbəkəsi mövcuddur. Bundan başqa, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda referens laboratoriyası yaradılıb. Azərbaycanda artıq Dünya Səhiyyə Təşkilatının strategiyasına uyğun müalicə proqramı tətbiq olunur.
Konfrans iştirakçıları, həmçinin Gürcüstanın bir sıra qurum, institut və laboratoriyalarına baş çəkib, bu ölkədə səhiyyə sahəsində keçirilən islahatlarla tanış olublar.
Beynəlxalq konfransda 10-dan çox ölkənin həkim və mütəxəssisləri iştirak ediblər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info