“The Washington Times”:” Azərbaycan ABŞ və azad dünya üçün niyə vacib ölkədir?”
Tarix: 29.01.2015 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


“The Washington Times” qəzetində ABŞ Konqresi Nümayəndələr Palatasının sabiq üzvü Dan Burtonun “Azərbaycan ABŞ və azad dünya üçün niyə vacibdir?” sərlövhəli məqaləsi dərc edilib.
Keçən il Azərbaycanın müstəqilliyinin bərpasının 23-cü ildönümünün qeyd edildiyini yazan müəllif belə bir sual verir: “Dünyanın həssas bir hissəsində yerləşən bu ölkə ABŞ üçün niyə önəmlidir?”
Məqalədə bildirilir ki, Azərbaycan ABŞ-ın mühüm dostlarından biridir və regionda sabitləşdirici qüvvədir. Azərbaycanla əlaqələrin nə qədər vacib olduğunu göstərmək üçün çoxlu səbəblər sadalamaq olar.
Müəllif vurğulayır ki, əhalisinin 96 faizini müsəlmanların təşkil etdiyi Azərbaycan dini tolerantlığa və qarşılıqlı anlaşmaya sadiq olduğunu nümayiş etdirib. İnkluziv cəmiyyət quruculuğunu daxili siyasətinin prioriteti hesab edən bu ölkənin Konstitusiyasının 25-ci maddəsində bərabərlik hüququ təsbit olunub. Azərbaycanda siyasi, irqi, dini, etnik, milli və s. ayrı-seçkilik və bu amillərə görə təqib qadağandır. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-a səfəri zamanı demişdi ki, Azərbaycanda mövcud olan tolerantlıq bütün dünyaya nümunədir. Düzdür, Azərbaycanda tolerantlığın tarixi qədimdir, lakin 23 illik müstəqilliyi dövründə ölkədə bununla bağlı mühüm işlər görülüb.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan Sovet İttifaqının planlaşdırılmış sosialist iqtisadiyyatından müasir bazar iqtisadiyyatına keçib. Bu ölkənin güclü iqtisadiyyatı vətəndaşların rifahını yaxşılaşdırmağa və gələcək nəsillərin uğurlarına yol açmağa istiqamətlənib.
Məqalədə qeyd edilir ki, Azərbaycan xalqı və hökuməti dini tolerantlıq, azad bazar, ətraf mühitin qorunması, bərabərliyin təmin edilməsi standartlarına sadiqdir. Müəllif gender bərabərliyini buna misal olaraq göstərir və xatırladır ki, Azərbaycan hələ 1918-ci ildə, ABŞ-dan da əvvəl qadınlara seçib-seçilmək hüququ verib.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasından bəhs edən Dan Burton ölkəmizin NATO-nun tərəfdaşı, Avropa Şurasının üzvü olduğunu diqqətə çatdırır. Həminin 2011-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu vurğulayır.
Məqalədə qeyd edilir ki, Azərbaycan və Birləşmiş Ştatlar ümumi dəyərlərə əsaslanan güclü tərəfdaşlıq münasibətləri qurublar. Rəsmi Vaşinqton Azərbaycanın tərəfdaşlığını və Cənubi Qafqaz regionunda liderliyini qiymətləndirməlidir.
Müəllifin fikrincə, ümumi dəyərlərə və məqsədlərə çağırışların davam etdiyi bir vaxtda ABŞ rəsmiləri Azərbaycan xalqını, rəhbərliyini dini tolerantlığa, azadlığa və demokratiyaya sadiqliyə görə təbrik etməlidir. ABŞ və dünyanın başqa ölkələrinin Azərbaycan kimi dostlara ehtiyacı var.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info