“Ukraynada münaqişənin uzanmasının səbəbi ABŞ və Avropa İttifaqının müdaxiləsidir”
Tarix: 29.01.2015 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


“Onların məqsədi Ukraynanın “canını alaraq” onun təbii resursları,
işçi qüvvəsi üzərində nəzarəti ələ keçirmək və NATO üzvü etməkdir”


“Hazırda Qərb Ukraynada onların maraqlarını təmin edən hakimiyyətin mövqeyini dəstəkləyir. Vaşinqton isə Qərb maliyyə qurumlarının dəstəyi ilə bu ölkəni özünün iqtisadi-maliyyə və hərbi təsir dairəsinə daxil etmək istəyir”. Bu fikirlər Amerika insan hüquqları təşkilatı olan “Answer Coalition”un nümayəndəsi Riçard Bekkerin “RT”yə açıqlamasında yer alıb.
Amerikalı ekspertin fikrincə, Kiyev hakimiyyəti böyük ölçüdə xarici aktorların, əsasən də arxasinca yerinə yetirilməyən seçkiqabağı vədlərin süründüyü Ukrayna prezidentini müdafiə edən ABŞ hökumətinin maraqlarını reallaşdırır: “Amerika hökuməti Ukraynanın hazırkı prezidentinə təriflər söyləməkdə davam edir. Məsələ ondadır ki, məhz Poroşenko onların Ukraynaya münasibətdə siyasi gündəmini reallaşdırır. Onların məqsədi Ukraynanın “canını alaraq” onun təbii resursları, işçi qüvvəsi üzərində nəzarəti ələ keçirərək NATO üzvü etməkdir. Ona görə də “xidmətlərinə” baxmayaraq Poroşenko şirnikləndirilməkdə davam edir”. Bekkerə görə, Ukraynadakı münaqişənin bu qədər uzanmasının səbəbi ABŞ və Avropa İttifaqının müdaxiləsidir. Elə bu qüvvələr keçmiş prezident Viktor Yanukoviçin devrilməsində birbaşa iştirak ediblər: “Yanukoviç hakimiyyəti həmin vaxt maliyyə böhranından çıxmaq üçün Rusiyadan yardım almağa razı idi. Bu məsələ hakimiyyətə Vaşinqton, Brüssel və Moskva arasında siyasi balansı tapmaqda kömək edə bilərdi. Lakin hadisələrin belə ssenari ilə inkişafı Ukraynanı təsir dairəsindən buraxmaq istəməyən ABŞ-ın strateji maraqlarına zidd idi. Ukrayna Rusiyadan yardım almaqla maliyyə böhranından çıxa bilərdi. Çünki Kiyevlə six tərəfdaşlıq münasibətində olan Moskvanın təklifi ən optimal variant idi. Həmin vaxtdan sonra Qərb bankları və maliyyə institutları tərəfindən Ukraynada tətbiq edilən sərt iqtisadiyyat, “kəmərsıxma siyasəti” bu ölkəni yaxın zamanlarda bərpa ediləcəyinə heç bir ümid yeri qoymur”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info