“Azərbaycanlı iş adamları İrana sərmayə yatıra bilərlər”
Tarix: 29.01.2015 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


“Azərbaycanla İran arasındakı iqtisadi-siyasi münasibətlər son bir ildə əhəmiyyətli dərəcədə inkişaf edib”. Bunu Bakıda səfərdə olan iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia deyib.
Ötən il ərzində prezidentlərin 4 dəfə görüşdüyünü deyən Ə. Tayebnia nazirlər səviyyəsində də çoxsaylı görüşlərin keçirildiyini bildirib: “Cənab Ruhaninin Bakıya səfəri zamanı bir sıra məsələlərdə razılaşmalar əldə olunub. Mən bu razılaşmaların həyata keçirilməsi üçün buradayam. Dünən Azərbaycan Prezidenti ilə görüşdüm. O, İran İslam Respublikasına olan dost münasibətini ifadə etdi”. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə də görüşdüyünü deyən Ə. Tayebnia qeyd edib ki, son bir ildə Azərbaycan-İran münasibətlərində yeni mərhələ başlayıb. Onun sözlərinə görə, bu dost münasibətlər bölgədə əmin-amanlıq və firavanlığa xidmət edəcək: “Biz istərdik ki, Azərbaycan iqtisadiyyatı inkişaf etsin. Son 1,5 il ərzində İran iqtisadiyyatında müsbət dəyişikliklər baş verib. Yeni hakimiyyət dövründə biz iqtisadi problemlərimizi düzəltməyə və xarici ölkələrlə münasibətlərimizi yaxşılaşdırmağa çalışırıq. Özünüz də bilirsiniz ki, bizə qarşı ədalətsiz sanksiyalar tətbiq edilir. Lakin yeni iqtisadi siyasət nəticəsində biz İranda dayanmış istehsalatı yenidən canlandıra və iqtisadi inkişaf səviyyəsini 4 dəfə qaldıra bildik. Ticarətdən əlavə tibb turizmi sahəsində də əməkdaşlığımızı genişləndirə bilərik”.
Ə. Tayebnia qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, İran gələcəkdə Yaxın Şərqdə ən sürətlə inkişaf edən ölkələrdən biri olacaq. Nazir qeyd edib ki, Azərbaycanla qarşılıqlı yatırımlar istiqamətində də müzakirələr gedir: “İranda bir sıra azad iqtisadi zonalar var ki, azərbaycanlı iş adamları ora sərmayə yatıra bilərlər. Artıq bizə xeyli müraciətlər var. Bunların əksəriyyəti tikinti, tikinti materialları, neft-kimya məhsulları sahəsi ilə bağlıdır”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info