“Sərhədkeçmə vaxtının ölçülməsi” proqramının tətbiqinə başlanılıb
Tarix: 30.01.2015 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Azərbaycanda gömrükdən keçmə vaxtının müəyyən edilməsi üzrə “Sərhədkeçmə vaxtının ölçülməsi (TRS)” proqramının tətbiqinə başlanılıb.
Dünyada ilk dəfə olaraq hazırlanan proqram haqqında Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilir ki, layihə Dünya Gömrük Təşkilatının “Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat”ında təsbit olunmuş metodologiyadan istifadə etməklə hazırlanıb. Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində layihədən qismən istifadə edilir. Hazırda Astara Gömrük İdarəsində, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” və Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postlarında TRS proqramından yararlanırlar.
Bu layihənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib. Layihənin tətbiqi mal və nəqliyyat vasitələrinin sərhəddən keçidinə və buraxılışına qədər keçən vaxtı müəyyən etməyə imkan verir.
Məlumatda qeyd edilir ki, proqram fevral ayında Brüsseldə keçiriləcək beynəlxalq tədbirdə təqdim olunacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info