Ərdoğan: “Soyqırımı” ilə bağlı qərar qəbul edənlər Ermənistanı heç tanımırlar”
Tarix: 30.01.2015 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


“Erməni diasporası sakit durmur. Onlar yenə aranı qarışdırmağa, saxtakarlığa davam edərək, sanki mübahisədən Türkiyəyə qarşı istifadə etməyə çalışırlar”.
Türkiyənin NTV telekanalının verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib.
“Belə bir şeyi qəbul etməyimiz mümkün deyil. Kimlərinsə sifarişi ilə biz “erməni soyqırımı”nı qəbul etməyə məcbur deyilik. Biz yenə bildiririk: bu mövzuda əgər səmimisinizsə gəlin bunları tarixçilərə buraxaq. Qoy tarixçilər bu mövzu ətrafında çalışsınlar. Bir milyondan çox sәnәd çıxarmışıq ortaya. Araşdırılsın, günahımız varsa, lazımi addımı atmağa hazırıq. Amma Ermәnistan bunu istәmir. Yalnız bәyanat şәklindә "Türkiyә günahkardır" deyir. Bunu qәbul etmәk olmaz”, deyə Türkiyə prezidenti qeyd edib.
Türkiyə prezidenti ermənilərin "soyqırım" məsələsində lobbiçilik fəaliyyətinə böyük vəsaitlər xərclədiyini bildirərək, Türkiyənin bu mövzu ətrafında vəsait xərcləmək niyyətinin olmadığını qeyd edib: "Onlar heç bir əlaqəsi olmayan, bölgədən uzaq ölkələrin parlamentlərində müxtəlif yollarla bir-iki adamı ələ keçirib qərarlar qəbul etdirirlər. Sonra isə “filan ölkə bunu dəstəkləyir” deyə bəyanatlar verirlər. Amma o qərara səs verənlər xəritədə heç Ermənistanın yerini bilmirlər. Qərar qəbul edənlər Ermənistanı heç tanımırlar".
Qeyd edək ki, Fransadakı Erməni Dərnəkləri Koordinasiya Komitəsinin illik yekunları ilə bağlı bir neçə gün əvvəl təşkil edilmiş şam yeməyində çıxış edən Fransua Olland bildirib ki, illərdi gərgin olan Türkiyə və Ermənistan münasibətlərində yeni başlanğıc üçün hər iki xalq tabuları yıxmalıdır.
“Həqiqətin üzə çıxması üçün araşdırmalar davam etdirilməlidir” - deyə prezident bildirib.
Olland “soyqırım”ın 100 illiyi ilə bağlı Türkiyə hökumətindən “etiraf jesti” gözlədiyini bildirib.
O, həmçinin aprelin 24-də 1915-ci il hadisələrinin anım mərasimi üçün İrəvana gedəcəyini açıqlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info