ABŞ-dan Azərbaycana güclü dəstək ifadə edən bəyanat
Tarix: 30.01.2015 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kolorado ştatının Senatı Azərbaycana güclü dəstək ifadə edən bəyanat qəbul edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumata görə, Senatın sədri Bill Kadman tərəfindən imzalanmış və Senatın plenar iclasında gündəliyə çıxarılmış bəyanat iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub.
Təqdimatdan öncə Senator Ləri Krauder çıxış edərək hazırkı təlatümlərlə dolu dövrdə ABŞ-ın qlobal problemlərə qarşı təkbaşına mübarizə apara bilmədiyini, buna görə də öz müttəfiqlərini güclü şəkildə dəstəkləməli olduğunu vurğulayıb. Bu səpkidə, senator Krauder Azərbaycana dəstək ifadə edən bəyanatı təqdim edib.
Sənəddə son 20 il ərzində enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə və insan alverinə, eləcə də kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində Azərbaycanın ABŞ-la sıx əməkdaşlıq etdiyi bildirilir. Qeyd olunur ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan ABŞ-a öz qeyd-şərtsiz dəstəyini göstərən ilk ölkələrdən biri olub, Əfqanıstandakı koalisiya qoşunları üçün hava məkanını və hava limanlarını açıb və öz əsgərlərini ABŞ hərbçiləri ilə çiyin-çiyinə döyüşmək üçün Əfqanıstana göndərib. Qeyd olunur ki, Kolorado ştatı ilə Azərbaycan arasında ticarət, mədəniyyət və təhsil mübadiləsi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Qeyd edək ki, Koloradoya səfər müddətində baş konsul Nəsimi Ağayev Kolorado Senatı və Nümayəndələr Palatasının aparıcı üzvləri ilə görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşlərdə qanunvericilər ABŞ-a daim müxtəlif sahələrdə göstərdiyi köməyə və dəstəyə görə Azərbaycana öz təşəkkürlərini bildiriblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info