Yuli Qusman: “Heydər Əliyev Fondu olmasaydı, bu film yaranmazdı”
Tarix: 30.01.2015 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Rusiyada çıxan “Novıye izvestiya” qəzetində Azərbaycanın və Rusiyanın tanınmış rejissoru Yuli Qusmanın jurnalist Vesta Borovikovaya müsahibəsi dərc edilib.
Y.Qusman bu müsahibədə “Qorxma, mən səninləyəm! 1919” filminin çəkilişlərindən söhbət açaraq deyib: “Mən çox istəyirdim ki, bizim çəkiliş apardığımız bu dörd ay ərzində Bakıya gələnlərin hamısı (oraya Rusiyadan yüzə yaxın ən yaxşı kinematoqrafçı gəlmişdi) Polad Bülbüloğlunun vətənində özlərini xoşbəxt hiss etsinlər. İstəyirdim ki, indi həyatımızda bu qədər qıt olan bayram ab-havası yaransın. Bizim depressiyaya məruz qalmağımız üçün səbəb çoxdur. Ardı-arası kəsilmədən müharibələr gedir, dolların məzənnəsi tez-tez dəyişir. Mən bütün bunların fonunda sanki unudulmuş xeyirxahlıq, düzlük, sevgi, xalqlar dostluğu və ədalət anlayışları haqqında kino çəkmək istəyirdim. Bu sözlər mənim həyatımda çox böyük əhəmiyyət kəsb edir. Axı biz bu ruhda tərbiyə olunmuşuq ki, bu gözəl ölkədə hamımız birlikdə dost kimi yaşayırıq. Bu gün isə bu gözəl ölkədə hamımız bir-birimizlə dalaşırıq. Mənim filmimin əsas qayəsi belə idi – bütün bunları nizamlamağa çalışmaq. Mən özümü “puritan və sağlam həyat tərzinin təbliğatçısı” kimi göstərmək istəmirəm, lakin istəyirəm ki, mənə inansınlar: filmimin əsas hərəkətverici qüvvəsi bunu xatırlatmaq arzusu olub ki, biz nə qədər müxtəlif olsaq da, dostluq edə bilirik”.
Rejissor xüsusi vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmasaydı, sadəcə, bu film olmazdı.
Y.Qusman deyib: “Ümumiyyətlə, bu layihə Rusiya ilə müştərək nəhəng layihə kimi başlandı. Lakin sonra Rusiya bu layihədən çıxdı. Məni bir fakt çox heyrətləndirir ki, keçmiş müttəfiq respublikaların yaxınlaşması, inkişafı və onların qarşılıqlı əlaqələrinin bərpası ilə məşğul olan təşkilatların çoxsaylı olmasına baxmayaraq, bu prosesdə səfehlik, demaqoqluq və israfçılıq var... Biz bu filmi spekulyativ niyyətlə çəkməmişik. Amma hər halda düşünürdüm ki, bizi medallar, ordenlər və “Lenin mükafatları” gözləyir. Əslində isə nəinki bunlar, ümumiyyətlə gözlədiklərimizin heç biri olmadı. Pul bizim fövqəladə əhəmiyyətli saydığımız məsələlərdən daha vacib oldu. Sovet hakimiyyəti dövründə də oğurlayırdılar, lakin bundan başqa bir iş də görməyə çalışırdılar. İndi isə yox. Mənə elə gəlir ki, biz özümüz içərisində yaşadığımız evi dağıdırıq. Halbuki onu məhv etmək əvəzinə yenidən qurmaq olar”.
Rejissor daha sonra vurğulayıb ki, bu filmdə çəkilmiş məşhur rusiyalı aktyorların təşəbbüskarlığı, xeyirxahlığı və insaniyyəti onu heyrətləndirib. Y.Qusman deyib: “Dmitri Bıkov, Mixail Yefremov, daha kimlər gəldilər... Bu adamlar filmdə pul qazanmaq üçün yox, ideya xatirinə çəkildilər. Bu, vaxtı ilə mənim komsomol gəncliyim dövründəki artellərə oxşar, həmfikirlər komandası idi. O dövr təşəbbüskarların dövrü idi. Belə adamlar indi də var və yerlərdə bəzən bunu dəstəkləyirlər. Bilirsinizmi, ümumiyyətlə mənə elə gəlir ki, Sovet hakimiyyətinin dağılması ilə biz “çirkli su ilə bərabər, uşağı da tullamışıq”. Bu barədə düşünməyə dəyər. Biz uşaqlar üçün istirahət düşərgələrini, pulsuz tibbi xidməti ləğv etmişik... Düzdür, həmin tibbi xidmət miskin idi, aşağı səviyyədə idi, amma var idi. Bu barədə düşünməyə dəyər”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info