Sənaye üsulu ilə quş əti istehsalının artırılmasına geniş imkanlar var
Tarix: 30.01.2015 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illərdə illik istehsal gücü 55 min ton quş əti və 248,5 milyon ədəd yumurta olan 39 quşçuluq fabrikinin istehsal gücünün genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1 əmtəəlik və 9 broyler fabrikinin işə salınmasına 98 milyon manat güzəştli kredit verilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Respublika üzrə istehsal olunmuş quş ətinin orta hesabla 57 faizi, yumurtanın 41 faizi sənaye üsulu ilə istehsal edilir. Ölkə əhalisinin quş ətinə və yumurtaya olan tələbatı demək olar ki, daxili istehsal hesabına tam ödənilir. Respublikamızda sənaye üsulu ilə quş əti istehsalının artırılmasına geniş imkanlar var. Hazırda ölkədə 47 quşçuluq fabriki fəaliyyət göstərir. Yeni texnologiyaların tətbiqi, damazlıq quşçuluq təsərrüfatlarının yaradılması yolu ilə sənaye quşçuluğunu inkişaf etdirmək mümkündür.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info